Türkiyə Xarici İşlər Nazirliyi

Türkiyə Xarici İşlər Nazirliyi — Türkiyə Respublikası Prezidentinə bağlı olaraq çalışan, dövlətin xarici işlərindən məsul olan qurum.

Xarici İşlər Nazirliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
Yurisdiksiya Türkiyə
Yaradılma tarixi 2 may 1920[2]
Ştat sayı
  • 6.692 nəf.
İllik büdcəsi 16.778.583.000 ₺ (2023)[1]
Baş qərargah Ankara
Rəhbərlik
Nazir Hakan Fidan
Nazir müavinləri Burak Ağçapar
Yasin Əkrəm Serim
Mehmet Kamal Bozay

Rəsmi saytı mfa.gov.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Prezidentliyə bağlı olaraq işləyən, xarici işlərdən cavabdeh olan nazirlikdir. Türkiyənin digər ölkələr və beynəlxalq təşkilatlarla olan münasibətlərinin aparılmasından cavabdeh olan nazirliyin başında hal-hazırda Hakan Fidandır.

Osmanlı imperatorluğu dövrü

[redaktə | mənbəni redaktə et]

XIX əsrə qədər Osmanlı dövlətinin xarici işləri Reis-ül Küttabın rəhbərliyində idarə edilməkdəydi. Ancaq Reis-ül Küttap eyni zamanda dövlət yazışmalarını əldə etmək kimi başqa vəzifələridə öhdəliyinə götürmüşdü. 1793-cü ildə III Səlimin dövründə ilk daimi səfirlik Londonda açılmış və Yusif Agah Əfəndi ilk daimi Osmanlı səfiri olaraq təyin olunmuşdur. Beləliklə, Osmanlı dövləti də daimi təmsil və qarışıqlıq əsaslarına faydalı Diplomatiya tətbiq etməyə başlamışdır. Avropa ölkələrində vəzifə icra edən Osmanlı səfirləri, ikili münasibətlərin aparılmasına əlavə olaraq təyin etdikləri ölkələrlə bağlı məlumatlar ötürmək vasitəsilə İmperatorluğun qərbləşmə və islahat prosesini sürətləndirici rol oynamış, dövlətdə müasirləşmənin aparıcıları olmuşdurlar.

Reis-ül Küttaplıq sisteminin günün diplomatik ehtiyaclarına və şərtlərinə uyğun olaraq qurulması çərçivəsində II Mahmud dövründə ilk olaraq Tərcümə Otağı qurulmuşdur. 1835-ci ildə isə Padişah xarici işlərin çox artması və əhəmiyyət qazanması səbəbi ilə, Reis-ül Küttaplıq məqamını nəzarət səviyyəsinə yüksəlmişdir. Son Reis- ül Küttaplıq Yozqatlı Akif Əfəndi, müşirlik vəzifəsiylə ilk Umur-ı Hariciyə Nazırı (Ruhu) keçirilmişdir.

Respublika dövrü

[redaktə | mənbəni redaktə et]

Respublika dövrü xarici siyasətin əsasları Milli Mübarizə illərində olmuşdur. 23 Aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılışının ardından yaradılan ilk Milli Hökümətlə birlikdə "Hariciye Vəkaləti" də 2 Mayıs 1920-ci il tarixində rəsmən qurulmuş və başına Bəkir Sami bəy gətirilmişdir. Son dərəcə məhdud imkanlarla qurulan Hariciyə Vəkaləti, Milli Mübarizə dövründə xarici təmasların artan intensivliyi ilə birlikdə, bütün çətinliklərə baxmayaraq fədakar şəkildə vəzifə icra etmiş və Lozana gedən müddətdə önəmli rol oynamışdır.

Cümhuriyyətin qurulmasının ardından Hariciyə Vekaləti, həm daxili seçimi həm də xarici seçimi təşkilatını inkişaf etdirməyə başlamışdır. 1927-ci ildə Hariciyə Vekaləti təşkilatına dair ilk geniş hüquqi düzənləmə edilmiş və 1154 saylı qanun ilə nazirliyin günümüzdəki quruluşunun təməlləri atılnmışdır.

Türkiyə Cümhuriyyətinin 1923-cü ilində təşkilatından bu yana Mustafa Kamal Atatürkün görüş və prinsipləri türk xarici siyasətinin aparılmasında rəhbər olmuş, "yurdda sülh, cahanda sülh" fikri türk xarici siyasətinin təməl hədəfini yaratmışdır. Bu yüksəklikdə Türkiyə, 1930-cu illərdən etibarən aktiv və barışçı bir xarici siyasət meydana gəlmişdir. Türkiyənin II Dünya müharibəsinin içinə çəkilməsi və bunun ölkəyə gətirəcəyi tənəzzül, bütün təzyiqlərə baxmayaraq ölkənin maraqlarını fəal bir diplomatiya sayəsində qarşısı alınmışdır.

Eyni şəkildə 1945-ci ildən sonra getdikcə genişlənən beynəlxalq siyasi və iqtisadi əməkdaşlıq və təşkilatlanma səylərinə uyğun olaraq ikili münasibətin aparılmasıın yanı sıra Nazirliyin funksiyaları arasında çox tərəfli siyasi və iqtisadi işlərdə xüsusi bir yer almışdır. Çox tərəfli dioplomatiya fəaliyyətlərinin və beynəlxalq təşkilatların çoxalması çərçivəsində daimi təmsilçiliklərin sayıda artırılmışdır.

II Dünya müharibəsi sırasında bağlanmaq məcburiyyətində qalan xarici missiyaların yenidən açılması və buna yeni missiyaların və anılan daimi təmsilçiliklərin əlavə olunması ilə birlikdə 1950-ci illərədn etibarən Nazirlik xarici təşkilatı mühüm dərəcədə böyümüşdür.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]