Türkiyə postmodern çevrilişi (1997)

Türkiyə postmodern çevrilişi və ya 28 Fevral prosesiNəcməddin Ərbakanın baş nazir, Tansu Çillərin isə baş nazirin birinci müavini və xarici işlər naziri olduğu 28 fevral 1997-ci ildə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası nəticəsində açıqlanan qərarlarla “irticaçılığa” (mürtəceyə) qarşı iddiası ilə başlayan ordu və bürokratiya mərkəzli bir çevriliş prosesidir.[1]

Türkiyədə dövlət çevrilişi
Tarix 1997

Proses Ərbakanın istefası və 54-cü Türkiyə Nazirlər Kabineti olan REFAHYOL Hökumətinin dağılması ilə nəticələndi. Türk siyasi tarixinə daxil olan qərarların həyata keçirildiyi dövrdə Türkiyədə siyasi, inzibati, hüquqi və sosial sahələrdə dəyişikliklər baş verdi.

Baş verən hadisələr Türkiyədə daha əvvəl baş vermiş çevrilişlərdən fərqli olaraq daha zərif[2], daha yumşaq[3], daha səssiz[4] və daha soyuqqanlı[5] kimi xarakterizə edilərək postmodern çevriliş də adlandırılır.[1][6]

Qərarların və sanksiyaların icra edilib-edilmədiyini yoxlamaq üçün Türkiyə Baş Qərargah rəisinin birinci müavini Çevik Birin rəhbərliyi ilə Qərb Fəaliyyət Qrupu yaradıldı. Çevrilişdə fəal rol oynayan bəzi şəxslər (Çətin Doğan, Kamal Gürüz və s.) sonradan BalyozƏrgənəkon kimi məhkəmə işlərində mühakimə olundular. 28 Fevral işi isə 2012-ci ildə başladı.

  1. 1 2 "28 Şubat'ın anlamı..." DördüncüKuvvetMedya.com. 28 Eylül 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 Mart 2009.
  2. "„Sanfter Putsch" in der Türkei: Generäle vor Gericht". Die Tageszeitung: taz (alman). 2013-09-02. ISSN 0931-9085. 2018-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  3. Esra, Sezer. "Das türkische Militär und der EU-Beitritt der Türkei". bpb.de (alman). 2007-10-15. 2024-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  4. Scheiterbauer: Islam, Islamismus und Geschlecht in der Türkei. 2014, S. 98.
  5. Brigitte Moser, Michael Weithmann: Landeskunde Türkei. Geschichte, Gesellschaft und Kultur. Buske Verlag, Hamburg 2008, S. 112.
  6. "Postmodern darbe mi?". Radikal.com.tr. 1 Mart 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 Mart 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]