Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
İrtica (arb: رُجُع rücu kökündən, de: réaction — az: reaksiya) və ya geriçilik (az: "əvvəlki yerə qayıtmaq"), reaktsionizm əvvəlki vəziyyətə qayıtmağı tələb edən, həddindən artıq mühafizəkar və mütərəqqi olanlara qarşı olan, hər hansı bir ictimai və ya siyasi hərəkat və ya ideologiyadır.
Sosial elmlər doktoru Emre Konqar "insanın tarixi inkişaf prosesinə, istehsal münasibətlərinə, istehlak və bölüşdürmə münasibətlərinə və siyasi rejimlərə görə" reaksionizmi təsnif etmişdir. Bu tərifə görə, bəşəriyyət tarix boyu inkişaf və tərəqqi göstərmişdir. Konqarın tərifinə görə yığıcılıq, ovçuluq, kənd təsərrüfatı, sənaye və informasiya cəmiyyəti kimi mərhələləri geri almaq və ya dayandırmaq mürtəcilikdir. Zamanla istehsal əlaqələri, ibtidai klanlar, köləlik, feodalizm, kapitalizm və sosializm kimi dəyişmişdir. Bu dəyişiklikləri geriyə qaytarmağı müdafiə etmək mürtəcilikdir. Allahın adı ilə cəmiyyəti idarə edən mütləq hüquqi və inzibati səlahiyyətlərə sahib olan hökmdarlar və səltənətlər öz yerlərini konstitusional krallıqlara və respublikalara buraxmışdırlar. Müasir dövlətlərdə fərdi hüquq və azadlıqlar demokratik və dünyəvi qanunlarla təmin olunur. Müasir və demokratik rejimlərdən daha çox, dini qaydaların insanlara qarşı tətbiq olunduğu antidemokratik rejimləri tələb etmək mürtəcilikdir.
Bu termin Qərbdə Böyük Fransa inqilabı dövründə cinayətkar monarxiya rejiminə və ya onun şərtlərinə qayıtmaq istəyən əks-inqilabçıları təsvir etmək üçün istifadə edilmişdir. XIX əsrdə qərbdəki dərəbəylikləri və aristokratiyanı qorumaq istəyən sənayeləşmə, respublikaçılıq, liberalizm və sosializm əleyhdarlarını təsvir etmək üçün istifadə edilmişdir. Mürtəcilik termini, eyni zamanda, siyasi inkişafa və yeniliyə qarşı çıxan ideologiyaları aşağılamaq üçün də istifadə olunur.
XX əsrdə mürtəce (reaksionist) siyasi birləşmələrin ümumi xüsusiyyəti keçmiş dövrlərdə olduğu kimi (demokratiyadan əvvəl) totalitar və ya totalitar tipli bir quruluşun inzibati bir quruluş olmasına tərəfdar olması ilə bərabər, həm də davamlı sənaye istehsalı və sənayeləşmə tərəfdarı olmaları da görülmüşdü. İspaniyadakı Franco administrasiyası, Fransadakı Vichy administrasiyası, Portuqaliyadakı Antonio Salazar administrasiyası buna nümunədir.
Dünyanın müxtəlif yerlərində mövcud olan rejimə cavab olaraq, mürtəce siyasi proqramlar hazırlayan siyasi quruluşlar müşahidə olunmuşdur. Bu gün Almaniyadakı neonasistlər, Əfqanıstandakı Taliban və ABŞ-dakı Ku Kluks Klan kimi qruplar mürtəcili görüşə malikdirlər. Mövcud siyasi birləşmələr azlıq təşkil edirlər.