Türkiyə tərəfindən boşaldılmış kürd kəndləri

Əvvəllər əhalisi olan kürd kəndi.

Türkiyə tərəfindən boşaldılmış kürd kəndləriTürkiyə Silahlı Qüvvələri tərəfindən Türkiyə ərazisində əhalisi kürdlərdən ibarət olan boşaldılmış kəndlər. Onların sayının 3,000 civarında olduğu təxmin edilir. 1984-cü ildən Türkiyə ordusu Kürdüstan Fəhlə Partiyasının kökünü kəsmək üçün kampaniyaya başlamışdır. 2000-ci ilə qədər 30,000-ə yaxın insan həlak olmuş, iki milyon kürd qaçqın isə evlərini tərk edərək şəhərlərə köçmüşdür.[1][2]

Yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Humanitar Hüquq Layihəsinə görə, Türkiyə hökuməti tərəfindən 2,400 kürd kəndi dağıdılmış, 18 min kürd edam edilmişdir. Digər hesablamalara görə, dağıdılmış kürd kəndlərinin sayı 4,000-dən çoxdur. Ümumilikdə 3,000,000-a qədər insan (əsasən kürdlər) didərgin düşmüşdür.[3]

Kürd İnsan Hüquqları Layihəsi kəndlərin əhalisinin boşaldılmasını (evakuasiyasını) 5 mərhələyə bölür:[4]

  • 1985–1989-cu illərdə ilkin mərhələ
  • 1990–1991-ci illərdə sentralizasiya mərhələsi
  • 1992–1993-cü illərdə kəndlərin sistematik boşaldılması mərhələsi
  • 1994-cü ildə kəndlərin boşaldılmasının eskalasiya mərhələsi
  • 1995–2001-ci illərdə daha digər kəndlər boşaldılmışdır

2009-cu ilin məlumatına görə, 1,000,000 nəfər hələ də məcburi köçkündür.[5]

  1. Ferhad Ibrahim, Gülistan Gürbey. The Kurdish conflict in Turkey: obstacles and chances for peace and democracy Arxivləşdirilib 2023-04-17 at the Wayback Machine, Palgrave Macmillan, 2000. pg. 167. ISBN 0-312-23629-8
  2. Dahlman, Carl. The Political Geography of Kurdistan Arxiv surəti 3 oktyabr 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2008-10-03 at the Wayback Machine pg. 11
  3. . JSTOR Gunter Michael Gunter.
  4. Jongerden, Joost. The Settlement Issue in Turkey and the Kurds: An Analysis of Spatial Policies, Modernity and War (ingilis). BRILL. 2007-05-28. 82. ISBN 978-90-474-2011-8.
  5. Internal Displacement Monitoring Centre (IDMC) – Norwegian Refugee Council. "Need for continued improvement in response to protracted displacement". Internal-displacement.org. 31 January 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 April 2011.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]