Türkiyədə ali təhsil — Türkiyə Respublikasında mövcud olan ali təhsil sistemi.
Türkiyədə ali təhsil orta məktəb məzunlarının müvafiq ixtisaslara sahib olmasını və yüksək səviyyəli mütəxəssislər kimi yetişməsini təmin edir.
Təxminən 30 ilə qədər bir müddətdə Türkiyədə ali təhsilin bütün səviyyələrində mərkəzi idarəetmənin olmaması səbəbindən bu sahədə ciddi geriləmə müşahidə edilirdi. Odur ki, 1981-ci ildə ali təhsil sahəsində aparılan islahatlardan sonra Türkiyə Respublikası Ali Təhsil Komitəsi yaradıldı və bütün ali təhsil müəssisələri bu qurumun tabeliyinə verildi. Beləliklə, bundan sonra Ali Təhsil Komitəsi bütün ali məktəblərin fəaliyyətinin koordinasiya olunmasını həyata keçirir və onların işinin müvafiq qanunvericilik çərçivəsində təşkilinə nəzarət edir.
1974-cü ildən fəaliyyətə başlamış Şagird Seçmə və Yerləşdirmə Mərkəzi isə Ali Təhsil Komitəsinin təsbit etdiyi əsaslar çərçivəsində ali təhsil müəssisələrinə qəbul imtahanlarını həyata keçirir.
Türkiyədə ali təhsilin məqsəd və vəzifələri milli təhsilin ümumi məqsəd və təməl prinsiplərinə uyğun olaraq belə müəyyən edilib:
Türkiyədə ali təhsil müddəti ən az iki ildir[1]. Bu ölkədəki universitetlərdə dörd illik fakültələr ilə iki illik ali peşə məktəbləri və axşam ali təhsil proqramları mövcuddur[1].
Hazırda ölkənin ali təhsil müəssisələri sırasına universitetlər, institutlar, konservatoriyalar, peşə ali məktəbləri daxildir. 2011-ci ildə bu ölkədə 104 dövlət, 62 vəqf universiteti və 7 peşə ali məktəbi fəaliyyət göstərirdi.