Türkiyədə femisid, yəni qadın qətlləri qadınların ictimai rolları ilə bağlı səbəblərdən, məsələn, namusun təmizlənməsi səbəbiylə öldürüldüyü cinayətlərdir.[1]
Türkiyədə bu hal qadınlara qarşı zorakılıqlardan biridir.[2] 2000-ci illərdə Türkiyədə femisid sayı əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Təkcə 2019-cu ildə 474 qadın öldürülüb. Həmin ilə qədər son 10 ildə ölkədə ən çox qadının öldürüldüyü il olub.[3][4] "Qadın Qətlini Durduracağıq Platforması"nın illik hesabatına görə, 2020-ci ildə 300 qadın kişilər tərəfindən qətlə yetirilib, 171 qadın isə şübhəli şəkildə ölü tapılıb. 2010–2019-cu illər arasında qadın qətllərinin sayı yalnız İstanbul Konvensiyasının imzalandığı 2011-ci ildə nisbətən az olub.[5]
Cinayətkarlar cinayətlərinə haqq qazandırmaları üçün irəli sürdükləri əsas arqumentlər arasında; qadınların ayrılıq, namus, aldatma, qısqanclıq və s. səbəbləri qeyd edirlər.[6]
Türkiyədə qadın qətli ilə bağlı rəsmi qurumlar və qadın təşkilatları tərəfindən açıqlanan müxtəlif məlumatlar var.[7]Türkiyədə partnyorları və ya ailə üzvləri tərəfindən öldürülən qadınların sayı ilə bağlı müvafiq dövlət qurumları tərəfindən statistika paylaşılmadığından, rəsmi məlumatlar qadın qətli probleminin miqyasını göstərmək üçün kifayət etmir.[8]
Türkiyədə femisid ilə bağlı məlumat toplamağa başlayan vətəndaş təşkilatları Anıt Sayaç, Bianet və Qadın Qətlini Durduracağıq Platformasıdır (QQDP).
2008–2018-ci illər arasında baş vermiş 2000-dən çox qadın qətlindən 1260 qətl hadisəsini araşdıran araşdırma, qadın qətllərinin daha çox odlu silahla (679), sonrakı yerdə kəsici alətlərlə (404), boğma (84), döymə (64) və digər işgəncələrlə öldürüldüyünü ortaya qoydu(15).[24]
2019-cu ildə öldürülən 474 qadından 185-i odlu silahla, 101-i kəsici alətlə, 29-u suda boğdurularaq, 27-si döyülərək, 19-u hündürlükdən atılaraq, 6-sı kimyəvi dərman vasitəsilə, 6-sı isə yandırılaraq öldürülüb. Onlardan 101-nin necə öldürüldüyünü müəyyən etmək mümkün olmayıb.[25]
1999-cu ildə dünyada ümumi tendensiyanın əksinə olaraq Türkiyədə qadın intiharları kişi intiharlarından daha yüksək idi ; intihar fenomeninin daha çox Türkiyə gündəmində yer almasına səbəb bəlli deyildi. 1999-cu ildə Batman və onun mərkəzi rayonlarında 2000-ci ilin ilk səkkiz ayında Türkiyədə orta intihar nisbəti iki dəfə artmış və intihar edənlərin 80,8%-ni qadınlar təşkil etmişdir. Bunun nəticəsidir ki, bir çox dövlət qurumları və qeyri-hökumət təşkilatları bölgədə qadınların intiharları ilə bağlı araşdırma aparmağa ehtiyac duydular. Qadın intiharlarının çoxu namus təzyiqindən qaynaqlanır. İntihar kimi mediada əksini tapan hadisələrin bəziləri intihara oxşayan namus cinayətləri idi. Onların bəzilərinin adət-ənənə təzyiqi nəticəsində intihar etdiyi iddia edilib.
Türkiyədə namus cinayətlərinin ən çox törədildiyi Şərqi Anadolu regionu, [[Cənub-şərqi Anadolu regionu] və Qara dəniz bölgələri namus təzyiqi səbəbiylə intiharların baş verdiyi amma əslində cinayət olmasına baxmayaraq intihar kimi göstərilən hadisələrin cəmləşdiyi bölgələrdir.[26]
Türkiyədəqadın qətlinin artması problemi ədəbiyyatın müxtəlif janrlarında da öz əksini tapıb. 1950-ci illərin önəmli qadın hekayəçilərindən biri olan Tomris Uyar hekayələrində tez-tez qadınlara qarşı zorakılıqdan bəhs edən yazılar yazırdı. İkbal adlı fahişənin öldürülməsindən bəhs edən "Derin Kazın" adlı hekayə qadın qətlindən ibarət olan hekayələrə nümunədir. Post-modern hekayə üsullarından istifadə edən müəllif İkbalın qətlini qəzet xəbərlərinə daxil edərək qətl xəbərlərinin mediada cinsə görə olduğuna diqqət çəkməyə çalışmışdı.
1950-ci ildən sonra şairlər şeirlərində qadın qətli və qadına qarşı zorakılığa diqqət yetirərək yeni poeziya anlayışı yaratdılar. Onlar şeirlərində qadına məhəl qoymamağın, onu bədbəxt etməyin də ölümə bərabər olduğunu önə çəkiblər.[41]
2019-cu ildə Xədicə Məryəmin yazdığı "Qadını Öldürməyə Hardan Başlamalı?" tənqidi kitabı Türkiyə ədəbiyyatında femisid ilə bağlı yaxşı düşünülmüş, bəlkə də ilk əsər hesab edilə bilər.[42]
Zeynəb Qaçarın 2021-ci ildə işıq üzü görən "Yalnız" romanının baş qəhrəmanı məzhəb şeyxinin əmri ilə intihar etmiş kimi davranaraq öldürülən qadınların intiqamını alan bir obraz olaraq göstərilir və 2021-ci ildə femisid qadınların adlarını qeyd edir.[43]