Özgəcan Aslan cinayəti

Özgəcan Aslan cinayəti (türk. Özgecan Aslan cinayeti; 22 oktyabr 1995[1] - 11 fevral 2015) - Türkiyənin Mərsin vilayətinin Tarsus şəhərində tələbə Özgəcan Aslanın Suphi Altıntökən tərəfindən qətlə yetirilməsi hadisəsi. Cinayət bütün Türkiyədə böyük reaksiyalara və etirazlara səbəb olmuşdur.

Özgəcan Aslan
türk. Özgecan Aslan
İstanbulun İstiqlal meydanında Özgəcan Aslanın qətli ilə əlaqədar etiraz mitinqi.
İstanbulun İstiqlal meydanında Özgəcan Aslanın qətli ilə əlaqədar etiraz mitinqi.
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Tarsus, Mersin
Vəfat səbəbi qətlə yetirilib
Atası Mehmet Aslan
Anası Songül Aslan
Milliyyəti türk
Fəaliyyəti tələbə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çağ Universitetinin tələbəsi olan Özgəcan Aslanın evə getmək üçün mindiyi kiçik avtobusda qaçırılması və daha sonra kimsəsiz yerə aparılaraq təcavüz edilməsi, izin itirilməsi üçün isə cəsədinin yandırılması Türkiyənin başlıca sosial problemlərindən biri olan ailə daxili zorakılıq və qadın şiddəti məsələlərini yenidən gündəmə gətirmiş və sosial aktivistlər dövlətin bu sahədə daha radikal qərarlar qəbul etməsini tələb etmişdir.

Çağ Universitetinin Ədəbiyyat fakültəsinin psixologiya bölümündə I kursda təhsil alan Özgəcan Aslan 11 fevral tarixində universitetdən çıxaraq rəfiqəsi ilə birlikdə Tarsusda yerləşən alış-veriş mərkəzinə yollanır. Alış-veriş mərkəzində rəfiqəsindən ayrılaraq və yaşadığı Mərsin vilayətinə doğru getmək üçün şəhər arası işləyən kiçik həcmli avtobusların olduğu dayancağa gəlir. Burada evinə doğru getmək üçün avtobusların birinə minmiş və daha sonra ondan xəbər alınmamışdır. Axşam qızlarının evə gəlməməsindən narahat olan ailə elə həmin gündə də polisə müraciət etmişdir.[2]

Bu tarixdən etibarən yerli polis və jandarm birlikləri tərəfindən axtarış işləri başladılmışdır. Hadisənin səhərisi günü qızın itkin düşdüyü ərazinin yaxınlığında bir avtobus sürücünün özünü şübhəli aparması diqqəti cəlb etmiş və avtobusda aparılan araşdırmalar zamanı qan izinə rastlanılmışdır. Avtobusda tapılan qadın papağının Özgəcan Aslana aid olduğu zərərçəkmişin atası tərəfindən müəyyən edildikdən sonra şübhəlilər istintaqa cəlb olunmuş və qısa müddət sonra onlar öz cinayətlərini etiraf etmişdilər.

Cinayətkar avtobusda Özgəcanın yeganə qız olduğunu görərək əsas yoldan çıxdığını, onu kimsəsiz bir əraziyə gətirərək təcavüz etdiyini və daha sonra izi itirmək üçün cəsədi yandıraraq yaxınlıqda keçən çaya atasının yardımı ilə atdığını etiraf etmişdir. Hadisə Suphi Altındökən adlı avtobus sürücüsü tərəfindən törədilsədə o hadisədən dərhal sonra atasının yanına gəlmiş və ondan kömək istəmişdir.[3] Cinayəti gizlədilməsində iştirak edən Suphi Altındökənin atası və digər bir yaxın qohumlarda polis tərəfindən həbs edilmişdir.

  • Sosial şəbəkələrdə türk məşhurların demək olar ki, hamısı bu haqda paylaşım ediblər.
  • 2015-ci ilin fevralın 14-də Türkiyənin müxtəlif şəhərlərində qadınlara qarşı cinayətlərinə etiraz olaraq mitinqlər keçirilib.[4]

Hökumətin reaksiyası bir çox türklərin tərəfindən "çox kiçik və çox gec" olduğuna görə təndiq edilmişdir.[5] Türkiyənin Baş Naziri Əhməd Davudoğlu qətli qınamış və qadınlara qarşı zorakılığa qarşı kompaniyanın başlaması elan etdi. Bundan əlavə o elan etdi ki, Antaliyada gənclik mərkəzi Özgəcanın adını daşıyacaq.[6] Türkiyənin Nazirlər Kabineti Özgəcanın qətli müzakirə etdi, lakin bəzilərdən gələn bu cür cinayətlər üçün ölüm cəzasını geri qaytarmaq təkliflərini qəbul etmədi.[7] Prezident Rəcəb Tayyib Ərdoğan da Özgəcanın ailəsinə başsağlığı verib. Sonra o, bəzi etirazçılar aksiyalar ərzində dans edərək dini normaların komfortuna qarşı mədəni incilik etdiyini iddia elədi və etirazları pislədi.[8]

Özgəcanın ailəsini ziyarət edən Türkiyənin Ailə və Sosial İşlər Naziri, Ayşenur İslam bundan əlavə mətbuat açıqlaması verərək etirazçılarla görüşmüşdü.[9] O, parlamentdə bu qətl barədə çıxış vedəndə, Türkiyənin baş müxalifət patiyası olan, Cümhuriyyət Xalq Partiyasın üzvləri oranı tərk etdilər.[10] Türkiyənin birinci xanımı, Emine Ərdoğan öz çıxışında bu qətli ilə əlaqədər dedi ki, Özgəcanın "yaşadığı heç içimizdən çıxmayır" və "biz [qadınlar] uşağlarımız üçün bir məktəbik".[11] Türkiyə Baş Nazirin həyat yoldaşı, Sare Davutoğlu Özgəcanın ailəsini ziyarət etdi.[12]

Şimali Kipr Türk Respublikasın Prezidentı, Dərviş Əroğlu başsağlığı vermək üçün Özgəcanın aliləsinə zəng edib.[13]

  1. "Özgecan'ın annesi: Ne olur iki üç yıl yatıp çıkmasınlar". Radikal (Turkish). 25 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 February 2015.
  2. "Üniversiteli kız yakılarak öldürüldü!". 2015-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-15.
  3. "Cani DNA izini bile hesaplamış - milliyet.com.tr". 2015-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-15.
  4. "Özgecan Aslan cinayeti için Türkiye'nin dört bir yanında protesto gösterileri düzenlendi". 15 fevral 2015. 2016-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
  5. "Explained: How Özgecan's murder united, divided Turkey". Hürriyet. 16 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2015.
  6. "BAŞBAKAN'DAN ÖZGECAN ASLAN İLE İLGİLİ FLAŞ KARAR!". Habertürk (Turkish). 26 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 February 2015.
  7. "Başbakan Ahmet Davutoğlu konuştu" (Turkish). Sabah. İstifadə tarixi: 16 February 2015.
  8. "Erdoğan'dan Özgecan cinayeti protestosuna tepki: 'Dans etmek nedir, fatiha oku'" (Turkish). CNN Türk. 23 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2015.
  9. "Ayşenur İslam'a kadınlardan protesto". Cumhuriyet (Turkish). 13 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 February 2015.
  10. "Aile Bakanı kadına şiddete karşı elektronik bileklik uygulamasını anlatırken CHP'li Genel Kurulu terk etti" (Turkish). t24. 2 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2015.
  11. "Emine Erdoğan: Özgecan kızımızın yaşadıkları hiç içimizden çıkmıyor" (Turkish). Sabah. 15 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 February 2015.
  12. "Sare Davutoğlu'ndan Özgecan'ın ailesine ziyaret" (Turkey). TRT. 21 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 February 2015.
  13. "Eroğlu, Özgecan'ın babasını arayarak başsağlığı diledi" (Turkish). Kıbrıs Postası. 11 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2015.