Türkiyədə miqrantlar və cinayət

Türkiyədə qaçqınlar və cinayətSuriya vətəndaş müharibəsi ilə başlayan miqrant böhranından sonra qaçqın olaraq Türkiyəyə daxil olan, çoxu suriyalı və əfqan olan 6–8 milyon insanın sosial cinayət nisbətlərinə və qaçqınların törətdikləri cinayətlər nəticəsində yaranan vətəndaş itaətsizliyi.[1][2][3]

Mütəxəssislərin mövqeyinə görə, Türkiyə xalqının miqrantların cinayət nisbətini, onlar arasında işsizlik səviyyəsi və onların ölkədəki sabitliyi pozmalarına dair narahatlıqları və bu narahatlıqlara görə atılan addımlar günü-gündən artır.[3] Miqrant böhranı başladığı gündən ölkəni idarə edən Ədalət və İnkişaf Partiyası (AKP) hökuməti miqrant böhranı nəticəsində cinayət nisbətinin və işsizliyin artması kimi səbəblərlə gündən-günə populyarlığını itirir.[4][5] Suriyalı miqrantların hüquqlarının müdafiəçisi Taha Elqazi bu nifrətin əsassız olduğunu və AKP hökuməti tərəfindən buraxılan səhvlərə görə məsuliyyətin sığınacaq axtaranlarda olmadığını və cinayət dərəcəsinə suriyalıların yüksək təsir göstərmədiyini bildirmişdir.[6] Bir çox platformalar, o cümlədən miqrant hüquqlarının müdafiəçiləri və Elqazi kimi fəallar cinayət nisbətlərində xüsusi artım olmadığı barədə fikirləri bölüşürlər.[7][8]

Dövlət qurumları tərəfindən yayımlanan statistikaya görə, 2014-cü ildən 2022-ci ilə qədər qaçqınlar arasında cinayət nisbətinin 1,32% olduğu bildirilmişdir,[9][10] lakin hökumətin miqrant siyasəti və rəsmi statistikanın səkkiz ildir dəyişdirilməməsi səbəbindən bu rəqəmlərin reallığı əks etdirməməsi irəli sürülmüşdür.[1][11][12] "Sözcü"nün məlumatına görə, suriyalılar tərəfindən törədilən cinayət nisbəti 2016-cı ildə təkcə Kilisdə 30%-i təşkil etmişdir.[13]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Geçici Koruma Altindaki Suriyelilerin Suç İstatistikleri". 21yyte.org. 2021-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2022.
  2. "Misafirler (!) suç makinesi gibi". Sözcü (türk). 2016-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2022.
  3. 1 2 ERDOĞAN, M. Murat. ""Securitization from Society" and "Social Acceptance": Political Party-Based Approaches in Turkey to Syrian Refugees". Uluslararası İlişkiler / International Relations. 17 (68). 2020: 73-92. ISSN 1304-7310. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-14.
  4. "Türkiye'de Muhafazakârlar Artık AKP'yi Desteklemiyor - Türkiye haber". Tesnim Haber Ajansı (türk). 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2022.
  5. "Mülteci krizi iktidarı köşeye sıkıştırdı: Saray'ın 'ensar'ı, Batı'nın tutumu". birgun.net (türk). 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2022.
  6. "Elgazi: Oy kullanmıyoruz, AK Parti iktidarda ise bizim ne suçumuz var?". Gazete Duvar (türk). 19 Haziran 2022. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2022.
  7. "Mülteciler ve Sığınmacılar Yardımlaşma ve Dayanışma Derneği – MSYDD" (türk). 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2022.
  8. "Mültecilerle Dayanışma Derneği Mülteci-Der". Mülteci-Der (türk). 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2022.
  9. "İçişleri Bakanlığı, Suriyeli mültecilerin suç oranını açıkladı". Cumhuriyet (türk). 5 Temmuz 2017. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2022.
  10. "Soylu'nun 'Türklerin suç oranı Suriyelilerin iki katı' sözleri Bakanlık sitesinde sansürlendi". soL (türk). 6 Mayıs 2022. 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2022.
  11. "Türkiye artık hedef ülke!". Milliyet (türk). 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2022.
  12. "Yabancıların suç oranları nasıl düşük gösteriliyor!". Aykırı (türk). 2022-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2022.
  13. "Misafirler (!) suç makinesi gibi". Sözcü (türk). 2016-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2022.