Türkiyə — Ənvər Örən tərəfindən 22 aprel 1970-ci ildən "Həqiqət" qəzeti adıyla nəşr etdirilən gündəlik qəzet. İhlas Holdinq şəbəkəsinin bir hissəi və ilk qurumudur. 29 mart 1972-ci ildən "Türkiyə" qəzeti adı ilə çap olunur.
Dr. Ənvər Örənin 1978-ci ildə Yaponiyada qatıldığı FIEJ Konfransında tanış olduğu və "dünyanın ən çox satılan ikinci qəzeti" olan Asahi Şimbun qəzetinin "əldən-ələ yaymaq sistemi"ni tətbiq edən "Türkiyə" qəzeti 1980-ci ilə qədər axşam qəzeti kimi nəşr olunub. Əsasən İhlas Xəbər Agentliyinin inormasiyalarını yayan qəzet sağ meyilli elektoratın ən çox oxuduğu qəzetlərdən biridir.
Türkiyədə ilk dəfə abunəlik sistemini tətbiq edən qəzetin 10 dekabr 1989-cu il tarixli sayının tirajı (1 424 350 nüsxə) bu günə qədər Türkiyədə qəzetlər arasında rekord tiraj olaraq qalmaqdadır.[1]
Qəzet 16 sentyabr 2013-cü ildə uzun illər istifadə etdiyi loqosunu dəyişmişdir. "Türkiye" yazısı sadələşdirilmiş, "t" hərfi ağ rənglə yazılmış və qırmızı dairənin içinə alınmışdır.