Türkmən qulanı

Equus heminous kulan (Türkmən qulanı, lat. Equus hemionus kulan) — Atlar, cinsinə, Qulan növünə aid olan yarımnöv. Bu yarımnöv əsasən TürkmənistanQazaxıstanın daşlı platolarında yaşayır[2].

Türkmən qulanı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Türkmən qulanı
Beynəlxalq elmi adı

2008-ci ildə Türkmən qulanı nəsli kəsilməkdə olan növlər siyahısına və Türkmənistan Qırmızı kitabına daxil edilmişdir.

XX əsrin 40-cı illərində bu yarımnövün ancaq Badıx yüksəkliklərində qalması məlum olmuşdur (Türkmənistanın cənubu). XX əsrin 50–90-cı illərində bu canlıların çoxaldılması məqsədilə Türkmənistan və Qazaxıstanda tədbirlər həyata keçirilmişdir. Hazır ki, məlumata görə Türmən qulanı yalnız 7 reintroduksiya ərazisində saxlanılmışdır. Digər ərazilərdə isə bu canlılar brokonerlikdən, digər ev heyvanlarının təzyiqindən əziyyət çəkir. Bu yarımnövün baza populyasiyası Badxız qoruğunda 1990–2014-cü illər ərzində sayı 95 % azalmışdır. Belə ki, əvvəllər sayı 6000 olan populyasiya 2013-cü ildə 200 başa qədər azalıb. İri reintroduksiya bölgəsi olan Altın Əməll Milli artım tendensiyası müşahidə edilir. Burada sayları 2500–3000 baş arasında dəyişir. Ancaq artım imkanları ərazi məhdudiyyəti səbəbindən yoxdur.

Yarımnöbə təhlükə törədə biləcək faktorlar:

  • Yaşadığı ərazilərin kənd təsərrüfatına cəlb olunması;
  • ev heyvanları tərəfindən olan rəqabət;
  • qida məqsədilə ovlanması;
  • qorunmayan ərazilərdə ovlanması;
  • quraqlıq və yaşadığı ərazinin ekstremal qış şəraiti.

Əslində istər türkmənistan istərsə Qazaxıstanda bu canlıların ovlanmasına qadağa olsa da, onlar üçün əsas təhlükə brokonerlikdir. Brokonerlik bu canlıların bütünlüklə nəslinin kəsilməsinə səbəb ola bilər.

Türkmənistanın İran və Əfqanıstanla sərhəddində sərt mühafizə zolağı onların cənuba yayılmasını əngəlləyir. Populyasiyanın böyük qismi qoruqlarda yaşasa da mövsümü olaraq onun sərhədləri kənarına çıxması müşahidə edilir.

Yetkin Türkmən qulanlarının sayı 1600–2000 baş olaraq qiymətləndirilir.

Qazaxıstan:

1. Atın Əməl Milli parkı ərazisində 2500–3000 olaraq qiymətləndirilir. Artım müşahidə edilsə də ərazi buna imkan vermir.

2. Andasay qoruğunda isə 1986–90-cı illərdə 120 baş qulan olmuşdur. 2006–11-ci illərdə 95 baş qədər azalmışdır. Hazır ki vəziyyəti barədə məlumat yoxdur.

3. Barsakelmes adası ətrafəı ərazilərdə 1953–64-cü illərdə 19 baş olmuşdur. Hazırda isə populyasiyanın sayı 347 başdır

Türkmənistan:

1. Badxız. 420 baş, azalma tendensiyası vardır.

2. Cənubi Kopetdağda 1979–89-cu illərdə 48 baş olmuşdur. Hazırda saylarıə 100 başdır.

3. Boldumsazda 1981-ci ildə 18 baş təbiətə buraxılmışdır. Hazırda sayları 10–15 başdır.

4. Qərbi kopetdağda 1988–89-cu ill’rd’ 47 baş olmuşdur. Hazırda 13 baş qalmışdır.

Özbəkistan/Türkmənistan:

1. Kaplankır qoruğunda 1983–87-ci illərdə təbiətə 100 baş buraxılmışdır. Hazırda sayları 350–400 başdır. Artım müşahidə edilir. Baxdızda əsas populyasiyanın yerləşməsinə baxmayaraq onların sayının kəskin azalması onu göstərir ki cəmi iki ərazidə bu canlıların artımı onların ümumi nəsil kəsilməsinə maneə ola bilməyəcək. Baxdız qoruğunda xüsusən yay ayları qulanlar qorunan ərazini tərk edirlər. Su arxasınca Kuşka və İslim çayları sahillərinə qədər hərəkət edirlər. Qorunan ərazilərdən kənarda isə onlar yerli sakinlərlə konflikt yaşamalı olurlar. Xüsuisi ilə otlaqların insanılar tərəfindən mənimsənilməsi böyük çətinliklər yaradır.

Türkmənsitanda qulanlarla bağlı situasiya dəqiq deyildir. Populyasiyanın say qiymətləndirilməsi və müəyyənləşdirmə diapozonu aydın deyil.

  1. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  2. "Equus hemionus". IUCNredlist.org. 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]