Türkmənistan Xarici İşlər Nazirliyi

Türkmənistan Xarici İşlər Nazirliyi (türkm. Türkmenistanyň Daşary Işler Ministirligi) — dövlətin xarici əlaqələrini icra edən orqan.

Türkmənistan Xarici İşlər Nazirliyi
  • (türkm. Türkmenistanyň Daşary Işler Ministirligi)
Möhürün şəkli
Ümumi məlumatlar
Ölkə Türkmənistan
Yurisdiksiya Türkmənistan
Yaradılma tarixi 1991
Baş qərargah Aşqabad
Rəsmi saytı mfa.gov.tm

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Prezident Türkmənistan qanuna uyğun olaraq səlahiyyətlərini davam etdirir.

Türkmənistan Xarici İşlər Nazirliyi 1991-ci ildə-Müstəqil Türkmənistanın qurulduğu ildə yaradılmışdır.

Nazirliyin əsas mövqeyi xarici siyasət strategiyası. Dövlət başçısına təkliflər təqdim edib, dövlətin xarici əlaqələrini inkişaf etdirir.

Nazirlik fəaliyyətini diplomatik nümayəndəliklər və konsulluq idarələri vasitəsilə həyata keçirir.

Türkmənistan Xarici İşlər Nazirliyinin quruluşu 17 bölmədən ibarətdirː 15 şöbə, idarə və "Türkmənistanın diplomatik və xarici siyasəti" jurnalının redaksiyası. Türkmənistan Xarici İşlər Nazirliyinin mərkəzi quruluş bölməsinin vəzifələri, funksiyaları və fəaliyyət qaydaları müvafiq müddəalar ilə müəyyən edilir. Nazirliyin mərkəzi ofisinin quruluşu və sayı, həmçinin Türkmənistanın xaricdəki diplomatik missiyaları və konsul ofisləri Türkmənistan prezidenti tərəfindən təsdiqlənir.[1]

Nazirlik binası

[redaktə | mənbəni redaktə et]

2011-ci il 1 aprel Aşqabadda Nazirliyin yeni binası istifadəyə verildi. Bina mətbuat konfransları üçün otaqlar, 118 ofislər, iclas otaqları, konfrans zalı, beynəlxalq konfransların keçirilməsi üçün salonlardan və orijinal memarlıqa malik 14 mərtəbədən ibarətdir. 11-ci mərtəbədən Türkmənistan paytaxtının panoraması olan bir teras var.[2]

  1. Türkmənistan Xarici İşlər Nazirliyi
  2. "Türkmənistan Xarici İşlər Nazirliyi yeni bir ünvana daşındı". 2011-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]