Türkopol

XII əsr türkopolunun müasir rekonstruksiyası.

Türkopol (yun. Τουρκόπουλοι, hərf. türk oğlu) — Səlib yürüşləri zamanı Şərqi Aralıq dənizinin xristian dövlətləri tərəfindən istifadə edilən yerli süvari oxatanlar.

Tarixi[redaktə | mənbəni redaktə et]

Bizans ordusunda xidmət edən türkopollar ilə ilk görüş Birinci Səlib yürüşü zamanı baş tutmuşdur. Onlar yunantürk əhalisinin qarışıq nikahlarının uşaqları idi, əksər hallarda xristian inancını qoruyub saxlasalar da, bəziləri islamı qəbul etmişdilər. Onlardan bəziləri səlibçiləri müşayiət etmiş və bununla da səlibçi dövlətlərdə yüngül süvarilərin əvəzedicisi olmuşdu.

Türkopolların çoxu xristianlaşan səlcuqilər və ya Suriya ortodoks xristianlardan cəlb olunmuşdular. Müqəddəs torpaqlarda bu döyüşçülərin cəngavərlərdən daha sürətli atları və daha yüngül silahları var idi, mobil müsəlman döyüşçüləri ilə vuruşmaq üçün yay və nizələr ilə silahlanmışdılar. Türkopollar yüngül süvarilər kimi xidmət edirdilər.[1]

1187-ci ildə səlibçilər üçün uğursuz Hattin döyüşündə türkpollar iştirak etmişdilər. Onların bu döyüşdə müsəlman yüngül süvari rəqiblərindən daha yaxşı silahlanmış olduğu ehtimal edilir.[2]

Məmlüklər türkopolları satqın hesab edirdilər və onları edam edirdilər. Əkkanın mühasirəsindən sağ çıxan türkpollar Müqəddəs torpaqlardan gələn hərbi əmrlərə əməl etmişdilər. Tampliyerlər ilə birlikdə Kiprdə, hospitalyerlər ilə birlikdə RodosMalta adalarında məskunlaşmışdılar. Tevton ordeninin üzvləri öz yüngül süvarilərinə də "türkopollar" deyirdilər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Terrence Wise: The Knights of Christ, p. 34, ISBN 0-85045-604-5
  2. Steven Runciman: A History of the Crusades — The Kingdom of Jerusalem, pages 489—490, ISBN 0-521-06162-8