Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və ya qısaca TƏBİB — İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 20 dekabr 2018 |
Baş qərargah | Bakı |
Ünvan | Yasamal rayonu, N.Nərimanov 206 A – “Capital Towers” Biznes Mərkəzi |
Rəhbərlik | |
İcraçı direktor | Vüqar Qurbanov |
İcraçı direktorun müavinləri |
Anar İsrafilov Araz Nəsirov |
Rəsmi saytı | tabib.gov.az |
Vikianbarda əlaqəli mediafayllar |
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsi (TƏBİB) Azərbaycan Respublikası Prezidenti 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmana[1] əsasən yaradılmışdır. Fərmanın icrası məqsədilə 12 aprel tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul edib. TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir.
TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq. Tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək.
TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək.
№ | Sədr | Şəkil | Başlama tarixi | Bitmə tarixi | Partiya |
---|---|---|---|---|---|