İnsan öz pis əməlləri ilə bütün dünyanı məhv etməyə qadirdir. Lakin sağlam düşüncəyə, təmiz və pak mənəviyyata malik insanlar hər cür fəlakətin baş verməsinin qarşısını ala bilərlər. Film insanları iftiralara, boş və mənasız çağırışlara uymamağa, ayıq olmağa çağırır.
Təbəssüm | |
---|---|
Fayl:Təbəssüm (film, 1992).jpg | |
Janr | dram |
Rejissor | Şahirə Kərimova |
Əsərin müəllifi | Rey Bredberi |
Ssenari müəllifi | Nərminə Quliyeva |
Baş rollarda |
Mikayıl Mirzə — sərsəm Samir Məlikov — oğlan |
Operator | Yuri Varnovski |
Rəssam | Rafiq Nəsirov |
İstehsalçı | "Debüt" Studiyası |
İlk baxış tarixi | 1992 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 16 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1992 |
Texniki məlumatlar |
2 hissə 453,9 metr 35 mm |
Rəng | rəngli |
Film amerikan yazıçısı Rey Bredberinin eyniadlı hekayəsinin motivləri əsasında çəkilmişdir.[1]
Film Şahirə Kərimovanın quruluşçu rejissor kimi kinoda ilk işidir.