Rafiq Əliş oğlu Nəsirov (27 may 1947, Sabirabad, Azərbaycan SSR, SSRİ – 29 noyabr 2024[1]) — Azərbaycan rəssamı, Azərbaycan Respublikasının əməkdar (2000) və xalq rəssamı (2007), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2017).
Rafiq Nəsirov Əliş oğlu 27 may 1947-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbə, 1961-ci ildə isə Politexnik texnikumumun memarlıq fakültəsinə daxil olmuşdur. Sonra 1964-cü ildə texnikumu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur.
1969-cu ildən C. Cabbarlı adına Azərbaycan kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən isə dekorativ qurğular söbəsinə rəhbərlik edir ve həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərir.
Bu illər ərzində 40-dan artıq bədii filmin quruluşçu rəssamı olub.
Rəssam kimi
- Bədbəxtliyin astanasında (film, 1977) (qısametrajlı bədii film)
- Əzablı yollar (film, 1982) (tammetrajlı bədii film)
- Yeddi gözəl (film, 1982) (tammetrajlı bədii film)
- Meyl (film, 1988) (qısametrajlı bədii film)
- Musiqili xaş (film, 1984) (qısametrajlı bədii film)
- Bəyin oğurlanması (film, 1985) (tammetrajlı bədii film)
- Cin mikrorayonda (film, 1985) (tammetrajlı bədii film)[5]
- Qəm pəncərəsi (film, 1986) (tammetrajlı bədii film)
- Araqarışdıran (film, 1987) (tammetrajlı bədii film)
- Şeytan göz qabağında (film, 1987) (tammetrajlı bədii film)
- Yaramaz (film, 1988) (tammetrajlı bədii film)
- Dəvətnamə (film, 1989) (qısametrajlı bədii film)
- Sahilsiz gecə (film, 1989) (tammetrajlı bədii film)
- Zirzəmi (film, 1990) (tammetrajlı bədii film)
- Bəxt üzüyü (film, 1991) (tammetrajlı bədii film)
- Qəzəlxan (film, 1991) (tammetrajlı bədii film)
- Nakəs (film, 1991) (tammetrajlı bədii film)
- Pəncərə (film, 1991) (tammetrajlı bədii film)
- Təbəssüm (film, 1992) (qısametrajlı bədii film)
- Həm ziyarət, həm ticarət... (film, 1995) (tammetrajlı bədii film)
- Yük (film, 1995) (tammetrajlı bədii film)
- Otel otağı (film, 1998) (tammetrajlı bədii film)
- Sarı gəlin (film, 1998) (tammetrajlı bədii film)
- Nə gözəldir bu dünya... (film, 1999) (tammetrajlı bədii film)
- Dronqo (serial, 2002)
- Hacı Qara (film, 2002) (tammetrajlı bədii film)
- Ovsunçu (film, 2002) (tammetrajlı bədii film)
- Küçələrə su səpmişəm (film, 2004) (tammetrajlı bədii film)
- Üç qız (film, 2005) (tammetrajlı bədii film)
- Biz qayıdacağıq (film, 2007) (tammetrajlı bədii film)
- Məhkumlar (film, 2007) (tammetrajlı bədii film)
- Günaydın, mələyim! (film, 2008) (tammetrajlı bədii film)
- Ev (film, 2007) (qısammetrajlı bədii film)
- Cavad xan (film, 2009) (tammetrajlı bədii film)
- İstanbul reysi (film, 2010) (tammetrajlı bədii film)
- İlahi məxluq (film, 2011) (tammetrajlı bədii film)
- Vəkil hanı? (film, 2011) (tammetrajlı bədii film)
- Çölçü (film, 2012) (tammetrajlı bədii film)
- Dolu (film, 2012) (tammetrajlı bədii film)
- Qorxma, mən səninləyəm! 1919 (film, 2013) (tammetrajlı bədii film)
- 4.1 şəhər motivləri (film, 2015) (kinoalmanax)
- Yarımçıq xatirələr (film, 2015) (tammetrajlı bədii film)
- Həddən artıq uyğunluq (film, 2016) (tammetrajlı bədii film)
- Azərbaycan xanlıqları (film)
Dekor rəssamı kimi
- Fəryad (film, 1993) (tammetrajlı bədii film)
Aktyor kimi
- Bədbəxtliyin astanasında (film, 1977) (qısametrajlı bədii film)