Təbiət Tarix muzeyi (alm. Naturhistorisches Museum) - Vyananın ən böyük və dünyanın ən əhəmiyyətli muzeylərindən biridir. Muzeyin açılışı 1889-ci ilə təsadüf edir. Müzeyin yaradılmasında hədəf iri eksponatların yerləşdirilməsi olmuşdur.
Vyana Təbiət Tarix muzeyi | |
---|---|
alm. Naturhistorisches Museum | |
| |
Əsası qoyulub | 1889 |
Açılış tarixi | 10 avqust 1889 |
Təsisçi | |
Mövzu | Təbiət elmləri |
Ölkə | |
Yerləşir | Vyana |
Kolleksiyası | təq. 30.000.000 |
Ziyarətçi sayı |
|
Direktor | Bernd Lötsch |
Telefon | +43 1 521770[4] |
Bilet | 8 avro |
48°12′18″ şm. e. 16°21′35″ ş. u. | |
http://www.nhm-wien.ac.at | |
Vikianbarda əlaqəli mediafayllar |
39 zaldan ibarət muzeydə tarixən mövcud olan bitki və heyvan qalıqları saxlanılır. Bunlara misal kimi Dəniz inəyinin qalıqlarını göstərmək olar.
1750-ci ildə imperator I Fransin həyat yoldaşı Mariya Tereziya 30000 təbiət eksponatından ibarət kolleksiyanı satın alır. Bu kolleksiyaya mərcanlar, balıqqulağı, qiymətli daşlar və nadir minerallar daxil idi. Tədricən eksponatların sayı o qədər atırki, hətta saraya belə yerləşmir. 1857-ci ildə Rinqştrasda yeni iki muzeyin tikintisi planlaşdırılır. Muzeylər mühəndis Qotfrid Zemper və baron Karl fon Hazenauerin layihəsi əsasında tikilmişdur. Muzeyin tikintisi 1871 - 1889 ci illəri əhatə edir.