Təbiətin dostları (film, 1958)

Bu filmi Azərbaycanın gözəl və zəngin təbiəti, heyvanat aləmi haqqında lirik kinohekayə adlandırmaq olar. Mənzərə filmində tamaşaçıların gözləri qarşısında başı qarlı dağlar, gül-çiçəkli çöllər, bulaqlar, çaylar-bir sözlə respublikanın zəngin axar-baxarlı guşələri gəlib keçir. Filmdə dəniz nemətlərinə, balıq məhsullarının hazırlanmasına və Qızılağac qoruğuna da müəyyən yer ayrılmışdır.

Təbiətin dostları
Rejissor Cavanşir Məmmədov
Ssenari müəllifləri Ədhəm Qulubəyov
Cavanşir Məmmədov
Operator Cavanşir Məmmədov
Bəstəkar Zakir Bağırov
İstehsalçı Bakı Kinostudiyası
İlk baxış tarixi 1958
Filmin növü qısametrajlı sənədli film
Ölkə SSRİ SSRİ
İl 1958
Texniki məlumatlar 3 hissə
702 metr
35 mm
Rəng rəngli

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Cavanşir Məmmədov
Ssenari müəllifi: Ədhəm Qulubəyov, Cavanşir Məmmədov
Operator: Cavanşir Məmmədov
Bəstəkar: Zakir Bağırov
Səs operatoru: Əziz Şeyxov