Qızılağac Dövlət Təbiət Qoruğu

Qızılağac dövlət təbiət qoruğu1929-cu ildə Xəzər dənizi (gölü) sahilinin cənub-qərbində 88.4 min hektar ərazidə köçəri, su, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılmışdır. Ərazisi və ətrafı su, bataqlıq və yarımsəhra bitkiləri ilə zəngindir.

Qızılağac dövlət təbiət qoruğu
Peyk şəkli
Peyk şəkli
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi 88.4 min hektar
Yaradılma tarixi 1929
İdarəetmə orqanı AETSN
Ümumdünya irsi 1976
Çaylar Kür, Viləşçay
Faunası qaz, ördək, durna, qaşqaldaq, bağ quşu, qutan, qaban, canavar, qamış pişiyi, porsuq, susamuru, tülkü
Yerləşməsi
39°06′06″ şm. e. 49°00′55″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Lənkəran
Yerləşməsi Qızılağac körfəzi
Yaxın şəhər Liman
Qızılağac dövlət təbiət qoruğu xəritədə
Qızılağac dövlət təbiət qoruğu
Qızılağac dövlət təbiət qoruğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sahəsinə görə Azərbaycanda ən böyük qoruq hesab olunur. 1929-cu ildə Qızılağac körfəzi və onun ətrafındakı ərazilər Qızılağac Dövlət Təbiət qoruğu elan olunmuşdur.Qoruğun ilkin sahəsi 180 min-ha olmuşdur. Qızılağac qoruğunun əsas coğrafi əhəmiyyəti quşlar aləminin son dərəcə dinamik olmasıdır.Qoruqda ildə 300 növə yaxın quşlar məskunlaşır.50 növdən çox balıq növlərinə rast gəlinir.[1] Qoruq 1976-cı ildə (SSRİ dövründə) YUNESKO-nun siyahısına "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyanın su bataqlıq regionunun biri kimi daxil edilmişdir. Qızılağac və Kiçik Qızılağac körfəzləri və onların sahil zolaqlarını əhatə edir. Təqribən 50%.i su akvatoriyasıdır. Su quşlarının qışladığı əsas yerlərdəndir. Sahil zonasında göl və bataqlıqlar var. Azərbaycan müstəqilliyini elan etdikdən sonra həmin Konvensiyaya qoşulmuş və qoruq 2001-ci ildə yenidən Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına daxil edilmişdir.

Kür–ArazLənkəran ovalıqlarında yerləşir. Böyük Qızılağac və Kiçik Qızılağac körfəzinin şimal hissəsinin su sahəsini və sahilyanı ərazini əhatə edir. Qoruğun şimal hissəsində mülayim və mülayim isti iqlim, cənub hissəsində isə mülayim quru və yay iqlimi (yoxsa isti iqlim) müşahidə olunur. Qoruğun quruluq sahəsində bozyer–çəmən və çəmən bataqlıq torpaqları mövcuddur. Qoruğun yerüstü florası nisbətən kasaddır. Belə ki, körfəzlərin sahilləri, duzlu (şoran) torpaqları, bataqlıqların hündür yerləri qamış və kollarla örtülmüşdür. Belə kolluq və qamışlıqlarda ov quşlarının gizlənməsi üçün münasib şərait yaranır.

Respublikanın "Qırmızı Kitabı"na düşən quşların əksər növləri qoruqda və onun sərhəd ərazilərində müşahidə olunur. Qızılağac dövlət təbiət qoruğunda 22 dəstədən və 248 növdən ibarət su, bataqlıq və çöl quşları mühafizə olunur. Qızılağac dövlət təbiət qoruğu köçəri quşların çoxalması üçün çox əhəmiyyətlidir. Bura hər il Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan qaz, ördək, durna, qaşqaldaq, bağ quşu, qutan və başqa quşlar qışlamağa köçüb gəlirlər.

Qoruqda qaban, canavar, qamış pişiyi, porsuq, susamuru, tülkü və s. məməlilər məskunlaşmışdır. Qoruğun su hövzəsində 54 növ balıq vardır.

Poçt markası üzərində

[redaktə | mənbəni redaktə et]
Misir vağı Qızılağac dövlət təbiət qoruğuna həsr olunmuş SSRİ poçt markası üzərində
  1. Məzahir Təhməzov.Ensiklopedik məlumatlar.Toponimlər fotoşəkillər xəritələr.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]