Təbii birləşmələr kimyası ( TBK ) — canlı orqanizmləri təşkil edən kimyəvi birləşmələri, onların çevrilməsinin təbii yollarını və süni alınma üsullarını araşdıran üzvi kimya bölməsidir. Bir elm olaraq, üzvi kimya ilə eyni vaxtda meydana gəlib. Canlı orqanizmlərdə olan kimyəvi maddələrin quruluşunun, onların xassələrinin və bu sahədə çox böyük sayda məlumatların toplandığının nəticəsi kimi, TBK-n klassik üzvi kimyadan ayırmaqla onu müstəqil intizam kimi tanımaq zərurəti yaradıb.