Təbii və süni peyklər


Süni Peyklər.

Süni peyklər, Dünyada və Günəş sistemindəki digər planetlərin orbitində olan insan tərəfindən yaradılmış obyektlərdir. Bu, təbii peyklər, orbit planetləri, cırtdan planetlər və hətta asteroidlərdən fərqlidir. Süni peyklər, dünyanı və digər planetlərlə əlaqə qurmağımızı və hətta uzaqdakı Kainatı izləmək üçün istifadə edilir.

Süni peyklər, insanoğlu inkişaf etdirib. Dünyanın və ya başqa planetlərin orbitinə yerləşdirdiyi peyklərdir. Bu peyklər ümumiyyətlə yarı-müstəqil kompüter ilə idarəli sistemlərdir.

1957-ci ildə SSRİ tərəfindən atılan ilk süni peyk olan Sputnik 1-dən bəri, minlərlə süni peyk Dünyadan idarə edilmişdir. Bu peyklərin hər birinin müəyyən bir məqsədi vardır. Süni peyklərin məqsədlərindən bəziləri bunlardır:

  • Xəbərləşmə peyki - TV, radio, telefon kimi ünsiyyət vasitələrini istifadə edə bilmək üçün kosmosa göndərilmiş peyklərdir. Müasir rabitə peykləri əksəriyyətlə "Molniya orbit" və ya "Alçaq Dünya" orbitlərini istifadə edərlər.
  • MILSTAR Xəbərləşmə peyki
  • Xəbərləşmə peyki MILSTAR

    Milstar.jpg Xəbərləşmə peyki MILSTAR

  • Meteorologiya peykləri -Bu peyklər dünyadakı meteoroloji hadisələri müşahidə üçün istifadə edilir.
  • Anti-peyk silah sistemləri - "Qatil peyklər" olaraq da bilinən bu peyklərin məqsədləri düşmən peykləri yox etməkdir. Düşmən peykləri vurmaq üçün kinetik güllələr ya da enerji və ya hissəcik silah sistemləri istifadə edilir.
  • Astronomiya peykləri -Kosmosdakı digər göy cisimlərini müşahidə etmək üçün istifadə edirlər.
  • Biopeyklər (Biosatellites)-Elmi məqsədlər üçün canlı orqanizmlər daşıyan peyklər.
  • Miniatür peyklər -Çox müxtəlif məqsədlərlə istifadə edilən qeyri-adi şəkildə kiçik cüssəli peyklərdir. 500-100 kq arasında olanlara "minipeyk", 100-10 kq arasında olanlara "mikropeyk", 10 kq-dan daha yüngül olanlara "nanopeyk" deyilir.
  • Naviqasiya peykləri: Radio siqnalları vasitəsi ilə dünya üzərindəki mobil cihazların yerlərini GPS sayəsində təsbit etməyə yarayan peyklərdir. İndiki vaxtda təyyarələrdə, avtomobillərdə hətta əldə istifadəsi olduqca yayılmış olan sistemdir. Sayəsində dünya üzərindəki mövqe bir neçə metrdən həssaslıqla müəyyən edilə bilər.
  • Müşahidə peykləri - (Reconnaissance satellites): Daha çox hərbi müşahidə etmə və kəşf məqsədilə istifadə edilən bu peyklərin gerçək qabiliyyətləri mövzusunda ətraflı bir məlumat mövcud deyil. Bunun səbəbi, bu sistemlərə dair məlumatların "çox gizli" məxfilik dərəcəsində olmasıdır.
  • Müşahidə peykləri -(Earth observation satellites): Bu peyklər vətəndaşları müşahidə etmək məqsədi ilə (ətraf faciələri, xəritə istehsalı vs.) istifadə olunan peyklərdir.
  • Günəş enerjisi peykləri - Bu peyklər günəş enerjisini dünya üzərindəki alıcılara istiqamətləndirərək, alternativ enerji qaynağı olaraq istifadəsi üçün planlanan peyklərdir.

Kosmos stansiyaları: Kosmos stansiyaları, üzərində insanların yaşaması üçün inşa edilmiş strukturdur. İndiki vaxtda elmi məqsədlərlə istifadə edilən bu strukturlar astronavtların illərcə sığınmasına imkan verə bilməkdədir. Bu stansiyalar kosmosda daşıyıcı deyildirlər və enişə cəhd etmək kimi qabiliyyətləri yoxdur. Bu stansiyalara gediş gəlişi digər kosmos daşıyıcı vasitəsi ilə təmin edirlər.

Süni peyklərin müşahidəsi.[redaktə | mənbəni redaktə et]

Buludsuz bir gecədə böyük süni peykləri çılpaq gözlə görmək mümkündür. Bunları təyyarələrdən ayırmaq çox asandır. Təyyarələr gecələri yanıb-sönən sarı-qırmızı, yaşıl anti-vuruşma və sis lampalarını yandırırlar. Halbuki süni peyklərin parlaqlığı ulduz kimidir. Axanulduzlar kimi itkin keçməzlər, çox yavaş hərəkət edərlər və göy üfüqündə itənə qədər görünərlər. Üfüqdə dünyanın kölgəsinə keçdikləri üçün artıq görünməz olurlar. Ən yaxşı göründükləri zaman Günəş batdıqdan az sonrakı zamandır.

Bunları uçan dairələrlə də qarışdırmaq mümkün deyil. Çünki; orbitləri üzərində səhv yoldan getmədən müəyyən bir istiqamətdə gedərlər.

Təbii Peyk[redaktə | mənbəni redaktə et]

Planetlərin ətrafında dönən göy cisimlərinə peyk adı verilir. Yerin tək təbii peyki Aydır.

Ay, Dünyanın tək təbii peykidir. Günəş Sistemi içində beşinci böyük təbii peykdir. O, Yerə ən yaxın olan göy cismidir. Ay yeganə göy cismidir ki, insan ayağı dəymişdir. Ayın kütləsi Yerin kütləsindən 80 dəfə kiçikdir. Onun diametri Yerin diametrində 4 dəfə kiçikdir[1].

Ayın parametrləri:

Diametri: 3474 km

Yerdən olan uzaqlığı: 384000 km (0,00257 a.v.)

Kütləsi: 7,34·1022 kq

Sıxlığı: 3340 kq/m3

Orbitinin meyli: 5,15o

Ayın ulduza nisbətən Yer ətrafına bir dəfə

dövr etmə müddəti- siderik ay və ya ulduz ayı:

27 gün 7 saat 12 dəq.

Ayın Yerdən müşahidə olunan hər hansı bir

fazasının təkrar görünməsi müddəti- sinodik ay:

29 gün 12 saat 44 dəq.

Ayın səthində temperatur:

gündüz: +100o C

gecə: -113o C


Ay Yerin ətrafında demək olar ki, çevrə boyunca fırlanır. Ay orbitinin eksentrisiteti 0,055. Ayın orbiti ilə Yerin orbiti üst-üstə düşmür. O, Yer orbitindən gah yuxarı, gah da aşağı olur. Ay Yerin əsiri kimi hərəkət etmir, o, sanki Yerin yol yoldaşıdır. Hərdən biri tez gedir, o, birisi isə ona çatmağa çalışır. Bu hərəkət zamanı Ay həm Yerin, həmdə Günəşin cazibəsinə məruz qalır. Ayın Yer ətrafına fırlanma orbitində hərəkət istiqaməti Yerin öz oxu ətrafında fırlanma istiqaməti ilə eynidir. Ay bir gün ərzində ulduzlara nisbətən şərqə tərəf 13o bucaq dönür və 27 gün 7saat 12 dəqiqə müddətində birdə həmin yerə qayıdaraq Yerin ətrafına bir dövr edir- bu siderik ay adlanır. Ay orbitinin Yerə ən yaxın nöqtəsi orbitin perigeyi, ən uzaq nöqtəsi isə apogeyi adlanır. Ayın perigey məsafəsi q =a (1-e)=363 400 km ;

apogey məsafəsi isə Q = a(1+e)=405 400 km - dir[2].

Odur ki, onun perigeydə olarkən görünən ölçüləri apogeydə olan ölçülərindən böyük olur. Məsələn, perigeydə Ayın görünən diskinin diametri apogeydə olan diskindən 14%, parlaqlığı isə 30% çox olur. Ay perigeydə olarkən okeanlarda qabarmanın səviyyəsi də yüksək (təqribən 6-15 sm) olur. Ayın bu vəziyyəti insanların əhval–ruhiyyəsinə, psixoloji vəziyyətlərinə də təsir edir. Ay adətən dekabr ayında bu vəziyyətdə olur.

Ayın fazaları:[redaktə | mənbəni redaktə et]

Ayın müxtəlif formalarda görünməsi ayın fazaları adlanır. Ayın 8 fazasını fərqləndirirlər. Bu fazaların ardıcıllığı Ay tamamilə görməyən andan başlayır. Ay ilkin fazada nazik oraq şəklində görünür. Bu zaman orağın yuxarı ucunu, aşağı ucu ilə birləşdirdikdə p hərfi alınarsa onda Ay təzə aydır. I vəziyyətində Ayın Yerə tərəf çevrilmiş yarısı işıqlanmır və ona görə Yerdən Ay görünmür. Buna təzə Ay deyilir. Təzə Ay fazasında Ay Yerlə Günəş arasında olur. Təzə Ay fazasından 2-3 gün sonra Ay Günəş batan kimi qabarıq tərəfi Günəşə tərəf çevrilmiş nazik oraq şəklində görünür.

Sonrakı fazalarda oraq qalınlaşır və nəhayət Ayın tam yarısı görünür. II  vəziyyətində Yerdən baxdıqda Ay yarım disk şəklində görünür. Yarımdiskin qabarıq tərəfi Günəşə doğru yönəlib.Bu ayın birinci rübü adlanır. III vəziyyətində Ay dolu disk şəklində görünür. Günəş, Yer və Ay bir düz xətt üzərindədir. Yer Ayla Günəşin arasındadır. Bu faza dolu Ay və ya bədirlənmiş Ay adlanır. IV vəziyyətində Ay yarım disk şəklində görünür, yarım-diskin qabarıq tərəfi Günəşdən əks tərəfə yönəlir. Bu fazaya axırıncı rüb deyilir. Bu zaman Ay qərb kvadraturasında olur. Ay gecənin ikinci yarısı görünür[2]. Biz həmişə Ayın bir tərəfini görürük. Əvvəllər bunu Ayı öz oxu ətrafında fırlanması ilə izah edirdilər. Lakin indi məlumdur ki, Ay da öz oxu ətrafında fırlanır. Lakin onun öz oxu ətrafında fırlanma periodu ilə Yer ətrafında fırlanma periodu tam üst-üstə düşdüyündən onun yalnız bir tərəfi bizə çevrilmiş olur.Beləliklə demək olar ki, Ayda da gecə və gündüz olur. Ayda Günəş sutkasının uzunluğu sinodik aya bərabər olur. Odur ki, Ayda gündüzün uzunluğu bizim iki həftəmizə bərabərdir[1].

Ayın əmələ gəlməsi:[redaktə | mənbəni redaktə et]

Ayın əmələ gəlməsi haqqında 5 nəzəriyyə müzakirə olunmaqda davam edir.

  1. Ayrılma-parçalanma nəzəriyyəsi: Ay müəyyən dövrdə Yerin bir parçası olmuşdur. Günəş sisteminin müəyyən tarixi mərhələsində Yerdən ayrılmışdır.
  2. Tutulma nəzəriyyəsi: Ay Yerdən kənarda formalaşmışdır və sonra Yerin cazibə qüvvəsi nəticəsində tutulmuşdur.
  3. Kondensasiya nəzəriyyəsi: Günəş sisteminin nebuladan əmələ gəlməsi mərhələsində Ay və Yer eyni zamanda kondensasiya olunmuşlar.
  4. Toqquşma nəzəriyyəsi: Yerin formalaşması ərəfəsində onun çox nəhəng asteroidlərlə toqquşmasından yaranan yerətrafı dumanlığın sonradan sıxılması nəticəsində Ayın yaranması.
  5. Püskürmədən Həlqənin yaranması nəzəriyyəsi: Mars ölçüsündə planetə oxşar göy cismi Yerə zərbə vurmuşdur və bu zaman Yer külli miqdarda maddə püskürmüşdür və bu maddə Yerin ətraffında qurşaq əmələ gətirmişdir. Sonradan bu qurşaq kondensə olunaraq Aya çevrilmişdir.

Son 10 ildə aparılan araşdırmalar bu nəzəriyyələrdən beşincinin daha çox həqiqətə yaxın olduğunu ehtimal edirlər.

Aya kosmik uçuşlar.[redaktə | mənbəni redaktə et]

1966-cı il fevral ayının 3-ündə ilk Sovet avtomatik stansiyası Luna-9 Ayın səthinə enmiş və televiziya verilişi ilə onun panoramını göstərmişdir[1]. Sovet İttifaqının Aya uçmuş sonuncu kosmik gəmisi Luna-24 18 avqust 1976-cı ildə Ayın Krizis Dənizi deyilən ərazisindən nümunələr götürərək Yerə qayıtmışdı.

Ayın öyrənilməsində isə ən mühüm mərhələ Amerikanın Apollon proqramı ilə onun səthinə astronovtların göndərilməsi olmuşdur. İnsan ilk dəfə Ayın səthinə məhz bu proqram vasitəsilə çatdırılmışdır. Bu hadisə 1969-cu il 21 iyulda baş vermişdir. Neil ArmstronqEdvin Oldrin Ayın səthinə enmiş, Mixael Kollins isə ayın ətrafına fırlanan aparatın göyərtisində qalmışdı. Ayın səthinə ilk ayaq basan Neil Armstronq olmuşdur.

Yaponiya alimləri Yer kürəsinin peyki Ayın öyrənilməsi proqramı üzərində işləyirlər. Proqrama görə Ayda elmi-tədqiqat bazası və orada işləmək üçün xüsusı robotlar yaradılacaq. Yer kürəsinin peykinin öyrənilməsi proqramı xüsusi çağırılmış iclasda müzakirə edilib. İclasda 2020-ci ilədək Ayda aparılacaq elmi tədqiqatların ümumi dəyəri 200 milyard yen (2,2 milyard dollar) məbləğində qiymətləndirilib. Ayın səthi iki mərhələdə öyrəniləcək. 2015-ci ilədək Aya təkərli robotlar göndəriləcəkdir. Robotlar vasitəsilə videogörüntülər Yer Kürəsinə ötürüləcək və Ayın daxili quruluşu öyrəniləcəkdir. Növbəti beş ildə Ayın cənub qütbündə tədqiqat bazası yaradılacaq, həmin bazadan 100 kilometr radiusda kəşfiyyat və tədqiqat işləri aparılacaq. Stansiya müstəqil şəkildə elektrik enerjisi istehsal edəcək, torpaq nümunələri və xüsusi qiymətli nüsxələri Yerə göndərəcək.[3]

Digər planetlərin təbii peykləri[redaktə | mənbəni redaktə et]

Mars-ın 2 təbii peyki vardır. Daxili təbii peyki Fobos (Qorxu) və xarici təbii peyki Deymos (Dəhşət) adlandırılmışdır. Marsın təbii peyklərinin şəkli ilk dəfə Mariner 9 süni peykinin köməyi ilə alınmışdır.

Yupiter- i ən çox tədqiq edən İtaliya astronomi Qalileo Qaliley olmuşdur. O, 1610-cu ildə yanvarın7-ində Yupiterin 3 təbii peykini və yanvarı 13-ündə dördüncü təbii peykini kəşf etmişdir. Hal-hazırda ən çox peyki olan Yupiterin 63 təbii peyki olduğu sübut edilmişdir. Onlardan bir neçəsinin adını qeyd edək, İo və Europa Aya bənzəyir və təqribən eyni ölçüdədirlər, Qanimed və Kallisto isə ölçülərinə görə Merkuriyə oxşayır[1].

Saturn- təbii peyklərin sayına görə ikinci planetdir. Onun 30 təbii peyki vardır. Bunlardan ən böyükləri 7-dir, qalan təbii peykləri isə xeyli kiçikdir. Saturuna yaxın birinci təbii peyki Mimas-dır. Digərləri isə Enseladus, Tisis, Dioni, Ria, İapetus və Titan- Saturnun ən böyük təbii peykləridir.

Uran- nın 21 təbii peyki vardır. Bunların ən böyüyünün diametri 1578 km, ən kiçiyinin diametri isə 12 km-dir. Voycer-2 süni peyki sayəsində Uranın xeyli təbii peyki kəşf edilmişdir. Uranın ən böyük təbii peyləri bunlardır: Miranda, Ariel, Umbriel, Titania və Oberon.

Neptun- nun hal- hazırda irili-xırdalı 13 təbii peyki vardır. Bunların ən böyüyü Triton və Nereiddir[1].


İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 İ.Əhmədov " Astronomiya"(mühazirələr), Bakı, 2007
  2. 1 2 C.M.Quluzadə "Klassik astronomiya", Bakı Dövlət Universitetinin nəşriyyatı, Bakı, 2004.
  3. "Arxivlənmiş surət". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-23.