Təbriz namusu (roman)

Təbriz namusuFərman Kərimzadənin tarixi romanı

Təbriz namusu
Romanın 2017-ci il nəşrinin üz qabığı
Romanın 2017-ci il nəşrinin üz qabığı
Müəllif Fərman Kərimzadə
Janr Roman
Orijinalın dili Azərbaycanca
Ölkələr Azərbaycan Azərbaycan
Nəşriyyat Bakı Kitab Klubu (2017)
Səhifə 256 (2017)
Tiraj 100

Məzmun[redaktə | mənbəni redaktə et]

“Təbriz namusu” əsərində Fərman Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır. Uzaq keçmişimizə parlaq güzgü tutmağa çalışan müəllif üçün başlıca mənbə isə orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin "Tarixlər toplusu" ("Came ət-təvarix") əsəridir. Fəzlullah Rəşidəddinin yaradıcılığında mühüm yer tutan bu əsərdə XIII-XIV əsrlərdə müsəlman Şərqində, xüsusilə Azərbaycanda Elxanilər hökmdarlarının dövrü təsvir olunur və F.Kərimzadə də bu nöqtədə tarixçi ilə birgə hərəkət edir. Lakin yazıçı tarixi hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir.

Nəşr[redaktə | mənbəni redaktə et]

Roman 2017-ci ildə Bakı Kitab Klubunda 256 səhifədə çap edilmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Təbriz namusu (tarixi roman)" (az.)). kitabklubu.org. 2017-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-02.

Həmçinin oxu[redaktə | mənbəni redaktə et]

  • Tehran Əlişanoğlu. Tarixlə belletrizmin arasında (F.Kərimzadənin «Təbriz namusu» romanı haqqında) - «Ədəbi tənqid» jurnalı, 1992-ci il № 1, s. 76-79

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]