Təcili cavab batalyonu (benq. র্যাপিড অ্যাকশন ব্যাটেলিয়ান, ing. Rapid Action Battalion) — 26 mart 2004-cü ildə qurulan və ölkənin polis, silahlı qüvvələr, eləcə də sərhəd qoşunlarından ibarət Banqladeşin xüsusi elit birliyi. RAB rəhbəri (direktoru) hal-hazırda General Benazir Əhməddir (əvvəllər, Dəkkə Polis Komissarı olub).
RAB-in fəaliyyət sahəsi çox genişdir, lakin bir neçə əsas məqamdan ibarətdir:
— Terrorizmlə mübarizə (Banqladeşdə və qonşu ölkələrdə terror şübhəlilərinin saxlanılması)
— Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə (güclü təsirli narkotik maddələrin kütləvi ticarətinin dayandırılması və qadağan olunmuş bitkilərin Banqladeş ərazisində yetişdirilməsi)
— Banditizmə qarşı mübarizə (zorakılıq, soyğun qurbanı, qaçırma və soyğunçuluqda vətəndaşlara fövqəladə təcili yardım göstərilməsi)
— Turistlərin mühafizəsi (Banqladeşin istirahət sahələrində və ətraf ərazilərində təhlükəsizliyin təmin edilməsi)
— Xüsusi tapşırıqlar (kütləvi tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsi)