Təhmasib Şah (tarixi roman) - Yunus Oğuz (Yunus İsaxan oğlu Əliyev) tərəfindən tarixi roman janrında yazılmış roman. [1]
“Təhmasib Şah” tarixi roman | |
---|---|
“Təhmasib Şah” tarixi roman | |
| |
Müəllif | Yunus Oğuz |
Janr | Tarixi roman |
Orijinalın dili | azərbaycanca |
Orijinalın nəşr ili | 2009 |
Nəşriyyat | "Apsotrof" nəşriyyatı |
Cild | yumşaq |
Səhifə | 504 |
Növ | kitab |
Tiraj | 3000 |
Təhmasib Şah (tarixi roman) 2009-ci ildə Bakıda azərbaycan dilində "Apsotrof" nəşriyyatında çap olunub. Səfəvi dövlətinin yaradıcısı olan Şah İsmayıl Xətainin oğlu I Şah Təhmasibin həyatı və hakimiyyət dövrünü əhatə edən bu romanda o dövrün bir çox tarixi hadisələri öz əksini tapmışdır.
"Təhmasib şah" adlanan tarixi roman Səfəvilər imperiyasının ikinci hökmdarı, Şah İsmayıl Xətainin oğlu, 52 il hökmdarlıq etmiş və Azərbaycanı bütövləşdirmiş I Təhmasibin həyat və fəaliyyətindən bəhs edir. Əsərdə Səfəvi hökmdarları arasında ən uzun müddət şahlıq etmiş Təhmasibin xarakteri, dini dünyagörüşü, dövlət xadimi kimi xüsusiyyətləri açılır, eyni zamanda dövrün ziddiyyətli, mürəkkəb hadisələri qələmə alınır.
Təhmasib şah öz dövründə qüdrətli, əzəmətli bir şah idi və onun timsalında məlum olur ki, dövlətçilik ənənəsinin yaranmasında və möhkəmlənməsində, məmləkətin ədalətlə idarə olunmasında, ən çətin məqamlarda şahlığın, hakimiyyətin və ordunun xalqla birliyində hakim-liderin-şahın əvəzsiz rolu var. Təhmasib şah da atası-Şah İsmayıl kimi hakimiyyətə uşaqkən (on-on bir yaşlarında) gəlmişdi, lakin o, get-gedə müstəqil ağlı, möhkəm iradəsi sayəsində ağıllı və qüdrətli bir hökmdara çevrilir. Səfəvilər dövlətinin, o zamankı Azərbaycan məmləkətinin düşməni olan Osmanlı imperiyası və Sultan Süleyman dörd dəfə yürüş etmişdi ki, Təhmasib şahı və onun hakimiyyətini sarsıtsın. Ancaq hər dəfə onun yürüşü uğursuzluqla nəticələnir. Nizami Cəfərov[2] haqlı olaraq yazır ki, "Yunus Oğuz Təhmasibin hərbi taktikasına haqq qazındır, o, bütövlükdə ordunu yox, xalqı Sultan Süleymanın qarşısına çıxarır. Ordu ilə qalib gəlmir Təhmasib şah Sultan Süleymana, o, həmişə xalqın gücü, xalqın iradəsi ilə qalib gəlir. Bu, həm tarixin faktıdır, həm də əsərin hadisəsidir". Yunus Oğuz da öz tarixi romanında Azərbaycançılığı təbliğ edir və bu cəhət açıq şəkildə nəzərə çarpmasa da, biz əsərin ümumi ruhunda bunu hiss edirik.