Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yunus Oğuz (22 iyul 1960, Əli-Bayramlı) — Milli Vəhdət Partiyasının keçmiş sədri (2000–2023), Vəhdət Partiyası sədrinin sabiq birinci müavini (1998–2000), Xalq Azadlıq Partiyasının sədri (1997–1998; 1990), Azərbaycan Xalq Cəbhəsi sədrinin müavini, İdarə Heyətinin üzvü, (1992) jurnalist.
Yunus Oğuz | |
---|---|
Milli Vəhdət Partiyasının sədri | |
2000 – 13 mart 2023 | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | vəzifə ləğv edildi |
Vəhdət Partiyası sədrinin birinci müavini | |
1998 – 2000 | |
Sədr | Tahir Kərimli |
Əvvəlki | Sahib Məmmədov |
Sonrakı | Əbdülvahab Manafov |
Xalq Azadlıq Partiyasının sədri | |
1997 – 1998 | |
Əvvəlki | Qənimət Zahid |
yanvar 1990 – ? | |
Sonrakı | Qənimət Zahid |
1992 – 1994 | |
Sədr | Əbülfəz Elçibəy |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 iyul 1960 (64 yaş) |
Doğum yeri | |
Partiya |
|
Fəaliyyəti | yazıçı |
|
|
Təltifləri |
|
Yunus Oğuz 1960-cı il iyulun 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. 1978–1979-cu illərdə Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. 1979–1981-ci illərdə sovet ordusunda xidmət edb. Ordudan tərxis olunduqdan sonra 1983-cü ilin avqust ayına qədər Şirvan şəhər pambıqtəmizləmə zavodunda mülku müdafiə qərargahının rəisi vəzifəsində çalısıb.
Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakültəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq İnstitutuna göndərilib və burada kiçik elmi işçi vəzifəsində çalışıb.
1988-ci ildən də Milli Azadlıq Hərəkatına aktiv qoşulub. 1990-cı ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə Xalq Azadliq Partiyasının (XAP) yaradıb və onun sədri seçilib.
1990-cı ildə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinə, sonra Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinə üzv seçilib. 1992-ci ildə AXC idarə heyəti ləğv olunduqdan sonra AXC sədrinin müavini təyin olunub.
1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri təyin edilib.
1994-cü ildə Azərbaycan Xalq Cəbhəsini tərk edərək Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti və eyniadlı partiyanı təsis edərək partiyanın sədri seçilib. Yunus Oğuzun təşəbbüsü ilə 1997-ci ildə ABUP və XAP birləşib və birləşmiş Xalq Azadlıq Partiyasınin sədri seçilib.
1998-ci ildə XAP daxilində bölünmə yaşanmış, Yunus Oğuz və tərəfdarları partiyanın Vəhdət Partiyasına birləşdiyini elan etmişdir. Yunus Oğuz birləşmiş Vəhdət Partiyasının sədrinin birinci müavini seçilmişdir. 2000-ci ildə Vəhdət Partiyası daxilində bölünmə yaşanmış və Yunus Oğuz başçılığında qrup partiyanın adını Milli Vəhdət Partiyası olaraq dəyişdirildiyini elan edərək yeni partiyanın təsis edildiyini açıqlamışdır. Partiya qurultayında Yunus Oğuz Milli Vəhdət Partiyasının sədri seçilmişdir. 2023-cü ildə Milli Vəhdət Partiyası fəaliyyətini dayandırmışdır.
15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində namizədliyi qeydə alınıb və Azərbaycan Respublikasının hazırkı prezidenti İlham Əliyevin xeyrinə namizədliyini geri götürüb.
Fəlsəfə və hüquq institutunda kiçik elmi işçi işləməklə yanaşı 1989-cu ildən 1991-ci ilədək "Azad söz" qəzetinin, həmçinin Xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib. 1991–1992-ci illərdə "Ordu"qəzetinin baş redaktoru vəzifəsində çalışıb.
1995-ci ildən bu günə qədər "Olaylar" İnformasiya Agentliyinin baş direktoru və eyniadlı qəzetin baş redaktoru vəzifəsində çalışır.
2009-cu ildə Nadir şah romanı Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən "Qızıl kəlmə" mükafatının "Şans" ödülünə layiq görülüb. 2010-cu ildə "Nadir şah", "Təhmasib şah", "Attila" və "Qədim türklər və passionarlıq nəzəriyyəsi" Türkiyə türkcəsinə çevrilib və bu ölkədə böyük tirajla nəşr olunub. "Nadir şah" romanı 2010-cu ildə ingilis dilində Londonda işıq üzü görüb. "Türkün tarixinə yeni bir baxış" kitabı 2008-ci ildə Təhsil Nazirliyinin qərarı ilə ali məktəblərdə dərs vəsaiti kimi çap olunub. 2011-ci ildə yenə Təhsil Nazirliyinin qərarı ilə "Nadir şah" və "Təhmasib şah" tarixi romanları sinifdənxaric oxu ədəbiyyatı kimi sifariş edilib və çapdan çıxıb.
"Nadir şah" dörd dəfə, "Təhmasib şah" isə üç dəfə yenidən nəşr olunub. "Nadir şah" 2015-ci ildə Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.
2011-ci ildə Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə "Qədim türklər və passionarlıq nəzəriyyəsi L. N. Qumilyovun tədqiqatlarında" adlı elmi kitabı işıq üzü görüb və TN-i tərəfindən dərs vəsaiti kimi çap olunub. Bu kitab eyni zamanda 2012-ci ildə İstanbulda nəşr olunub.
2011–2012-ci illərdə iki cildlik "Əmir Teymur – zirvəyə doğru" və "Əmir Teymur — dünyanın hakimi" tarixi romanı dərc olunub. Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən dərsdənkənar oxu ədəbiyyatı kimi təkrar nəşr olunub.
Əsərləri Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Almaatada, Bişkekdə və başqa şəhərlərdə nəşr edilib. Bütövlükdə 22 ölkədə 47 kitabı dərc olunub. Kitabları haqqında üç monoqrafiya yazılıb.
2005-ci ildə prezident İlham Əliyev tərəfindən Tərəqqi medalına, 2010-cu ildə "Əməkdar mədəniyyət işçisi"adına layiq görülüb. TÜRKSOY Çingiz Aytmatov adına medalla təltif olunub. Prezident təqaüdçüsü və Özbəkistan Turan Elmlər Akademiyasının akademikidir. 2023-cü ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru adına layiq görülüb.