Təhsil və zaman (qəzet)

Təhsil və zaman qəzeti — Azərbaycan Təhsil Şurasının ay ərzində iki dəfə nəşr olunan mətbu orqanı.[1]

Təhsil və zaman qəzeti
Növ qəzet
Baş redaktor Əjdər Ağayev
Yaranma tarixi 2002-ci ilin dekabr ayı
Dil Azərbaycan dili
Şəhər Bakı
Ölkə Azərbaycan
Tiraj 215
  • Azərbaycan Təhsil Şurasının mətbu orqanı olan "Təhsil və zaman" qəzeti 2002-ci ilin dekabr ayından nəşrə başlamışdır.
  • Qəzet 2 il "Körpü" adı ilə oxucuların görüşünə gəlmiş, bu günə qədər ayda iki dəfə olmaqla 215 nömrəsi çapdan çıxmışdır.
  • Ölkəmizdə təhsil quruculuğu, təhsil islahatları qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, digər ölkələrin təhsil təcrübəsi və bu kimi məsələlər qəzetin səhifələrində öz əksini tapır.
  • "Təhsil və zaman" qəzeti təhsilin bütün sahələrini əhatə etməklə oxucu tələbini ödəməyə, onları dövrün təlim-tərbiyə, pedaqoji ideyaları, təhsil yenilikləri ilə daha yaxından tanış etməyə çalışır.
  • Yarandığı gündən qəzetin baş redaktoru professor Əjdər Ağayevdir.

Qəzetin rubrikaları

[redaktə | mənbəni redaktə et]
  1. Qabaqcıl təcrübənin ünvanı;
  2. Metodik tövsiyə;
  3. Xarici pedaqoji mətbuat səhifələrində;
  4. Sinifdənxaric oxu üçün;
  5. Məktəbdənkənar təlim-tərbiyə müəssisələri;
  6. Qəhrəmanlıq salnaməsi;
  7. Həyat dərsi;
  8. İstedad sorağında;
  9. Qəlbi geniş insanlar;
  10. Psixo-pedaqoji məsələlər;
  11. Poeziya;
  12. Rəy;
  13. Məktəblilərin musiqi klubu
  14. Tələbə tribunası;
  15. Ziyalı ünsiyyəti;
  16. Valideynlər üçün;
  17. Vətənpərvərlik tərbiyəsi;
  18. Milli-mənəvi dəyərlər;
  19. Təhsil tariximizdən;
  20. Mətbuat tariximizdən və digər.

Qeyd olunan mövzularda oxucuların da məqalələrinə geniş yer verilir.

Oxucularla görüşü

[redaktə | mənbəni redaktə et]

Təhsil Şurasının və qəzetin kollektivi tez-tez oxucuların görüşünə gedir. Pedaqoji kollektivlərlə, tələbə və şagirdlərlə mütəmadi olaraq keçirilən görüşlərdə, diskussiyalarda, seminarlarda, dəyirmi masalarda, müzakirələrdə problemlərin aşkarlanmasına və konkret təkliflərin irəli sürülməsinə şərait yaranır. Müəllimlərin pedaqoji və yaradıcılıq nümunələri, fəaliyyəti ilə həyatda iz qoymuş şəxsiyyətlər, görkəmli pedaqoq və ədəbi simalar haqqında xatirələr, yeni nəşr olunmuş əsərlər haqqında rəylər də oxucuların marağına səbəb olur. Qəzetin səhifələrində məcburi köçkün məktəblərin, həmçinin döyüş bölgəsində, cəbhə xəttində yerləşən təhsil ocaqlarının fəaliyyətindən mütəmadi olaraq bəhs edilir, həmin məktəblərin nailiyyətləri, uğurları, eləcə də mövcud problemləri ölkə ictimaiyyətinə çatdırılır.[1]

  1. 1 2 Mərdanov M. Azərbaycan təhsil tarixi, 3-cü cild (müstəqillik illəri). Bakı, 2011, s. 610–611