Əjdər Əbdülhüseyn oğlu Ağayev (10 oktyabr 1937, Qırmızıkənd, Salyan rayonu – 27 noyabr 2018) — azərbaycanlı şair, nasir, publisist, tənqidçi, pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1957), əməkdar müəllim (2000), pedaqoji elmlər doktoru (1996), professor (1996), Azərbaycan Təhsil Şurasının təsisçisi və ilk sədri, respublika müəllimlər şurasının sədri.
Əjdər Ağayev | |
---|---|
Əjdər Əbdülhüseyn oğlu Ağayev | |
Doğum tarixi | |
Doğum yeri | Qırmızıkənd, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (81 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | ADRİ Tarix-filologiya fakültəsi |
Fəaliyyəti | yazıçı |
Əsərlərinin dili | azərbaycanca |
İlk əsəri | "İlk və son mahnı" (hekayə, 1956) |
Mükafatları |
Əjdər Ağayev 1937-ci il oktyabrın 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. Burada kənd yeddiilik, Salyanda orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində təhsil almışdır (1955-1960).
Əmək fəaliyyətinə Salyan rayonu məktəblərində müəllim kimi başlamışdır (1960-1965). Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olmuşdur (1965-1969). Burada Əhməd Seyidovun rəhbərliyi ilə "Fərhad Ağazadənin pedaqoji görüşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, sonra elmi işçi, baş elmi işçi, bölmə müdiri, şöbə rəisi, direktorun elmi işlər üzrə müavini vəzifələrində çalışmışdır (1969-cu ildən). "Azərbaycan ictimai fikrində şəxsiyyətin formalaşması" adlı doktorluq işi müdafiə etmişdir. "Azərbaycan məktəbi" jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru olmuşdur (1974-1981). Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda pedaqogikanın nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, Lənkəran Dövlət Universitetində pedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır (1981-ci ildən). Azərbaycan Təhsil Nazirliyi nəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavini olmuşdur.
Bədii yaradıcılığa 1950-ci illərdən başlamışdır. İlk hekayəsi "İlk və son mahnı" 1956-cı ildə "Azərbaycan pioneri" qəzetində, "Bir də çal o mahnını" adlı ilk şeri isə 1957-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuşdur. 200-dək şerinə mahnı bəstələnmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Bədii əsərlərini mətbuatda Ə.Ə.Ağayev, A.Əjdər, Əjdər Ağazadə, Ə.Atəşin, Əjdər Ağayev imzaları ilə çap etdirmişdir.
Türkiyə ixtisas kursunda (1999), Türk xalqlarının VIII qurultayında (2001) və Macarıstanda YUNİSEF-in təşkil etdiyi konfransda (2001) olmuşdur.
Əjdər Ağayev 27 noyabr 2018-ci ildə, 81 yaşında vəfat etmişdir.[1]