Təkamül Təlimi Muzeyi

Bakı Dövlət Universitetinin M.A.Axundov adına Təkamül Təlimi Muzeyi - Muzeyin əsası biologiya elmləri doktoru, professor, əməkdar müəllim və elm xadimi, "Genetika və təkamül təlimi" kafedrasının yaradıcısı olan Mirəli Axundov tərəfindən 1937-ci ildə qoyulmuşdur.

Təkamül Təlimi Muzeyi
Açılış tarixi 1937
Təsisçi Mirəli Axundov
Direktor Səidə Cəfərova

Muzey uzun sürən geoloji tarix ərzində həyatın qeyri-üzvi aləmdən necə əmələ gəldiyini, onun sadədən mürəkkəb quruluşa doğru, birhüceyrəli orqanizmdən insana qədər dönməz inkişaf yolu keçdiyini elmi faktlar və dəlillər əsasında əks etdirir.Muzeydə mövcud olan üzvi aləmin əcdad ağacı sxemi filogenezin iki istiqamətdə — bir tərəfdən birhücüyrəlilərdən ali çiçəkli bitkilərə, digər tərəfdən isə məməlilərə qədər baş verdiyini hər tərəfli dərk etməyə imkan verir. "Təkamül təlimi" muzeyi üzvi aləmin meydana çıxması, inkişafı, onun ümumi qanunauygunluqları, istiqamətləri, hərəkətverici qüvvələri haqqında düzgün təsəvvürlərin formalaşmasına xidmət edir. Muzeydə toplanmış müxtəlif paleontoloji, müqayisəli anatomik, embrioloji, biocoğrafi və.s dəlillər təkamülün real və obyektiv, ardı kəsilməz və bu gün də davam edən tarixi proses olduğunu əyani şəkildə sübut edir və təbii seçmənin təkamülün əsas hərəkətverici qüvvəsi olduğunu nümayiş etdirir.

Muzeydəki ekspozisiyalar çoxşəkilliliyi ilə fərqlənən canlıların müxtəlif mühit şəraitinə uyğunlaşmasının nəticəsi olduğunu təsdiqləyir. Muzeydə cinsiyyətli seçmənin nəticəsi olan cinsiyyət deformizmi hadisəsi tovuzquşu, tutac, ördək və s.quşların eksponatların üzərində müqayisəli şəkildə şərh edilir. Muzeydə həmçinin süni seçməni nümayiş etdirən müxtəlif ekspozisiyalar da mövcuddur.