Təkirdağ ili


Təkirdağ ili— Türkiyənin bir vilayətidir. Mərkəzi Təkirdağda olan ilin əhalisi 2021-ci ilə görə 1.107.491 nəfərdir. Mərmərə bölgəsinin Frakiya tərəfində yerləşir; Şərqdən İstanbul, cənubdan Mərmərə dəniziÇanaqqala, qərbdən Ədirnə, şimaldan Kırklareli və şimal-şərqdən Qara dənizlə əhatə olunub. İlçələrin ümumi sayı 11-dir.

Təkirdağ ili
Tekirdağ ili

40°58′39″ şm. e. 27°31′06″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Təkirdağ
Tarixi və coğrafiyası
Sahəsi
  • 6.190 km²
Əhalisi
Əhalisi
  • 1.167.059 nəf. (2023)[1]
Rəqəmsal identifikatorlar
ISO kodu TR-59
Telefon kodu 282
Poçt indeksi 59000–59999
Avtomobil nömrəsi 59
Rəsmi sayt
Təkirdağ ili xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təkirdağ, ilin qərbində yerləşən və ən yüksək zirvəsi 945 m hündürlükdə Qanos dağı (İşıklar dağı) olan Təkir dağları istisna olmaqla, ümumiyyətlə düzdür. Şimalda ilin ən əhəmiyyətli çayı olan Ergene çayı axır. Ergene çayı yaratdığı allüvial düzənliklərin məhsuldarlığı ilə əyalət əhalisinin böyük hissəsini ətraf yaşayış məntəqələrində cəmləşdirmişdir. Təkirdağın bitki örtüyü Mərmərə dənizi sahillərində makvis, dağlıq ərazilərdə meşə, digər yerlərdə isə çöldür. Təkirdağın iqlimi Aralıq dənizi iqlimi ilə kontinental iqlimin qarışığıdır.

Mərmərə dənizinin təsiri ilə sahil rütubətli bölgədir.

Relyefi və bitki ürtüyü

[redaktə | mənbəni redaktə et]

Alçaq təpələrdən ibarət olan bölgənin əsas yüksəkliyi şimal-şərq-cənub-qərb istiqamətində Mərmərə dənizinə paralel uzanan Təkir dağlarıdır. Təkirdağ mərkəzinin və vilayətin ən yüksək nöqtəsi bu ərazidə yerləşən Qanos dağıdır (965 m). Böyük çayların olmadığı bölgədə kiçik çaylar var. Qanos dağlarında palıd ağacları, bəzi yerlərdə qırmızı şam və qarağac ağacları əsas meşə fondunu təşkil edir.[2]

Ümumi iqlim xüsusiyyətləri Aralıq dənizi iqlimi ilə kontinental iqlimin birləşməsidir. Mərmərə dənizi ətrafında müşahidə olunan bu iqlimə Mərmərə iqlimi də deyilir. Bir növ keçid iqlimi olan bu iqlimdə yaylar quraq və isti, yaz və qış ayları isə yağışlı keçir. Yağıntılar qış aylarında qar şəklində düşür. Bundan əlavə, Tekirdağın şimalda Qara dənizə sahili olduğu üçün az da olsa Qara dəniz iqliminə malikdir.

  1. https://nip.tuik.gov.tr/Export/ExportPdf?name=CinsiyeteGoreNufus&value=TEK%C4%B0RDA%C4%9E.
  2. "Merkez ilçe, Tekirdağ Valiliği resmi sitesi". 10 Ekim 2012 tarixində arxivləşdirilib.