Mərmərə regionu — Türkiyənin 7 coğrafi regionundan biridir. Avropa və Asiyanı bir-birinə bağlayan körpü rolu oynayır. Təxminən 67.000 kvadrat kilometrlik bir sahəyə malik olub Türkiyənin 8.5%-ni əhatə edir. [1]
Mərmərə regionu | |
---|---|
Marmara Bölgesi | |
40°37′48″ şm. e. 28°07′48″ ş. u. |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | iyun 1941 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mərmərə Dənizi, təxminən 11.000 km²-lıq ərazisilə bu bölgənin daxilində yerləşir və bölgənin tam ortasını tutur. Mərmərə Bölgəsinin ümumi əhalisi TÜİK 2009-cu ilin əhali siyahıyaalınmasına görə 23 milyondan çoxdur. Mərmərə Bölgəsində sənaye, ticarət, turizm və kənd təsərrüfatı inkişaf etmişdir. Regionda ən inkişaf etmiş sənayesi, İstanbul-Bursa-Kocaəli illərində yerləşən sənaye fabrikalarının olmasıdır.
Əsas sənaye məhsulları kimi; Avtomobil parçaları, müxtəlif metal məhsullar, qida məhsulları, toxuculuq, hazır geyim, sement, kimya, kağız, neft-kimya məhsulları sayıla bilər. Şumlanmış sahələrin təxminən yarısı buğda və çuğundurdur. Bölgə, Türkiyənin günəbaxan istehsalının təxminən 73%-ni, qarğıdalı istehsalının isə təxminən 30%-ni həyata keçirir. Bağçılıq da xeyli inkişaf etmiş olub, Təkirdağ, Şarköy, Mürəftə, Avşa və Bozca Ada üzüm və üzüm şərabları ilə məşhurdur.
Bölgənin meşə sahə nisbəti 11.5%-dir. Ev heyvandarlığı və ipək böcəkçiliyi geniş yayılmışdır. Əhali və əhalinin sıxlığı, şərqdən qərbə köç səbəbindən çox yüksəkdir. Enerji istehlakı və turizm gəlirləri ən yüksək olan regiondur.
İstanbul, Mərmərə bölgəsinin sıx əhalili olmasında mühüm rol oynayır.
İstanbul, Təkirdağ, Ədirnə, Kırklareli, Yalova, Kocaeli tamamilə bölgə hüdudları içində; Sakarya və Biləcik Qara dəniz regionunda torpaqları olub, bir hissəsi Mərmərə regionuna düşür. Mərmərə bölgəsinin ən böyük şəhəri İstanbuldur. Mərmərə Bölgəsindəki ən kiçik şəhər isə Yalovadır.
Mərmərə Bölgəsində Ulduz dağları, Biga dağları, Kapıdağ, Uludağ, Samanlı dağları, Domaniç Dağı, Qoru Dağları, İşıqlar dağı, Armutçuk dağı, Kazdağı, Almacıq dağları yerləşir. Bunların ən böyüyü Bursadakı Uludağdır. Hündürlüyü 2543 metrdir. Bundan başqa, bölgədəki Ədirnə ilində hər hansı bir dağ yoxdur.