Təkkəbinlilik

Monoqamiya — fərdin eyni anda yalnız bir partnyoru olduğu nikah və ya münasibət forması.

İnsanlar arasında monoqamiya

[redaktə | mənbəni redaktə et]

Monoqamiya ibtidai icma cəmiyyəti dağıldıqdan sonra qoşa nikahdan təşəkkül tapmışdır. Əmlakın kişiyə məxsus olması və varislərə keçməsi, qadının hüquqsuzluğu və s. monoqamiyanın xarakterik xüsusiyyətləri idi.[1]

Heyvanlar arasında monoqamiya

[redaktə | mənbəni redaktə et]

Monoqamiya erkək və dişi cinslər arasında əlaqədir. Erkək fərd az, yaxud çox uzun müddətdə müəyyən bir dişi fərdlə çütləşir və adətən dişi ilə birgə nəsil qayğısına qalır. Leyləklərdə, qartallarda, qu quşlarında və s. təsadüf olunur. Bir mövsüm, yaxud ömür boyu davam edir. Vəhşi qazlarda monoqamiya bir mövsüm, bəzi ördəklərdə yuva quranadək, canavar, tülkü, qunduzda və s. adətən, bor mövsüm, meymunlarda isə bir neçə il davam edir.[2]

  1. Моногамија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 50–51.
  2. Моногамија (һејванларда) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 51.