Təmi Hacıyev — Sovet Azərbaycanının yarıməsirlik yubleyində "yubley medalı" ilə təltif edilmişdir, "Çiçəklənən Azərbaycan" ümumrespublika festivalı laureatı, "Gənclər və Tələbələr" festivalının laureatı, "Respublika xalq teatrlarına baxış" laureatı, "Respublika özfəaliyyət incəsənət" festivalında festival laureatı.
Təmi Hacıyev | |
---|---|
Təmi Əli oğlu Hacıyev | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Teyvaz, Culfa rayonu, Naxçıvan MSSR |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Qəbələ, Azərbaycan |
Dəfn yeri | Qəbələ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Rəfiqə Abduləziz qızı Vahabova |
Uşaqları |
5 övladı Hacıyev Abbas Təmi oğlu Hacıyev Əli Təmi oğlu Hacıyeva Qızılgül Təmi qızı Mehrabova Gültəkin Təmi qızı Hacıyeva Arzu Təmi qızı |
Atası | Şahsuvarov Əli |
Anası | Şahsuvarova Gülsüm |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Xanəndə, aktyor |
Fəaliyyət illəri | 1957-1991 |
Musiqi alətləri | Tar, Nağara, Qaval, Dəf, Pianino |
Təhsili | Bakı Mədəni-maarif texnikomu |
Mükafatları |
"Gənclər və tələbələr" III Respublika festivalının laureatı "Respublika xalq teatrlarına baxış"da laureat və medal Sovet Azərbaycanının yarıməsirlik yubleyində "yubley medalı" Böyük Oktyabr sosialist inqilabının 50 illiyinə həsr olunmuş "Azərbaycan özfəaliyyəti incəsənət" festivalının laureatı və medalı Böyük Vətən müharibəsində qələbəmizin 40 illiyinə həsr olunmuş "Ümumittifaq bədii özfəaliyyət" baxışının laureatı Sovet hakimiyyətinin 70 illiyinə həsr olunmuş "II Ümumittifaq xalq yaradıcılığı" festivalının laureatı "Respublika özfəaliyyət incəsənət" festivalında Jan-Pol-Sartın "Lizzi" əsərində Fred rolunu bacarıqla ifa etdiyinə görə festival laureatı |
Təmi Hacıyev 25 may 1929-cu ildə Naxçıvanın Culfa rayonunun Teyvaz kəndində anadan olmuşdur. 1957-ci ildən Təmi Hacıyevin həyatı Qəbələ ilə bağlıdır və həmin ildə əmak fəaliyyətinə başlayıb. 1975-ci ildə Bakı Mədəni-maarif texnikomunu bitirib.
Klub işçisi və özfəaliyyət teatr kollektivinin rəhbəri və s. işlərdə çalışıb. El şənliklərində, konsert proqramlarında çoxlu sayda çıxışları olub. 1962-ci ildə "Çiçəklənən Azərbaycan", 1967-ci ildə "Azərbaycan özfəaliyyət incəsənəti" ümumrespublika festivallarında iştirak edib. Təmi Hacıyevin Qəbələdə Məmmədhəsən Dəmirov, Sirac Gəncimov, Asim Əliyev kimi xanəndələrin yetişməsində mühüm rolu olub. O həm də məharətlə tar çalırmış. Təmi Hacıyevin övladlarıda onun yolunu davam etdirərək musiqi sənətinə yiyələnmişdir. Belə ki oğlu Abbas Qəbələdə tar üzrə ilk musiqi təhsili alaraq, sonra A.Zeynallı adına Musiqi Texnikumunda təhsilini davam etdirərək Qəbələdə tar müəllimi kimi fəaliyyət göstərmişdir. Digər övladı Əli isə nağara alətinin mahir ifaçısıdır. O, hətta 1977-ci ildə Moskvada keçirilən festivalda atası ilə birlikdə iştirak etmişdir. Təmi Hacıyev Qəbələnin musiqi həyatında çox önəmli xidmətlər göstərmişdir. Qəbələdə "xanəndə-muğam" sənətinin banisidir.
Onun gözəl və məlahətli səsi var idi. O, Azərbaycanın bütün muğam və mahnılarını özünəməxsus bir məharətlə ifa edirdi. Gənc xanandə həm də tarda, qavalda, pianinoda, dəfdə və nağarada çalmağı bacarırdı. Təmi Hacıyev 1962-ci ildə Bakıda keçirilən "Gənclər və tələbələr" III Respublika festivalının laureatıdır, diplom və medalla təltif olunmuşdur. 1964-cü ildə "Respublika xalq teatrlarına baxış"da laureat diplomu və medallarla təltif olunmuşdur. 1965-ci il 25 mart tarixində Bakıda keçirilən xalq teatrlarının II Respublika baxışında uğurlu çıxışlarına görə II dərəcəli diplomla təltif edilmişdir. 1967-ci ildə "Respublika özfəaliyyət incəsənət" festivalında Jan-Pol-Sartın "Lizzi" əsərində Fred rolunu bacarıqla ifa etdiyinə görə festival laureatı adı almışdır.. 1970-ci ildə Böyük Oktyabr sosialist inqilabının 50 illiyinə həsr olunmuş "Azərbaycan özfəaliyyəti incəsənət" festivalının laureatı medalı və III dərəcəli diplomla təltif olunmuşdur. Təmi Hacıyev həmçinin Böyük Vətən müharibəsində qələbəmizin 40 illiyinə həsr olunmuş "Ümumittifaq bədii özfəaliyyət" baxışının laureatı adını və diplomunu, Sovet hakimiyyətinin 70 illiyinə həsr olunmuş "II Ümumittifaq xalq yaradıcılığı" festivalının laureatı adını və fəxri fərmanını almışdır.
Təmi Hacıyev 1968-ci ildən rayon mədəniyyət evində yaradılmış xor kollektivinin bədii rəhbəridir. İndi həmin xorda 30 nəfər qız, 15 nəfər isə oğlan iştirak edir. Təmi Hacıyevin rəhbərlik etdiyi xor kollektivi Sovet Azərbaycanının yarıməsirlik yubleyində iştirak etmişdir. Belorus yazıçısı Ales Maxnaçın " Azadlıq və xoşbəxtlik uğrunda" pyesində Yanka rolunda çıxış etmişdir. O Azərbaycan şairlərinə həsr olunmuş tədbirdə Füzuli rolunda çıxış etmişdir. Təmi Hacıyevin yaratdığı Səlim ("Ana"), Fərid ("Həmyerlilər"), Rəcəb ("Şirin bala bal yağır"), Ayaz ("Qaynana") və onlarla klassik və müasir əsərlərin səhnə obrazları tamaşaçıların yaddaşında unudulmazdır.
Təmi Hacıyevin 60 illik yubleyi rayon səviyyəsində keçirilmişdir. O sağlığında yubleyi keçirilmiş ilk şəxsdir. 18 oktyabr 2019-cu ildə “Dövlət Müstəqilliyi Günü” münasibətilə Qəbələ Rayon Mədəniyyət Mərkəzində tədbir təşkil olunmuşdur. Həmin tədbirdə "Qəbələnin musiqi salnaməsi" kitabı oxuculara təqdim olunmuş və Təmi Hacıyevin həyat və yaradıcılığı həmin kitabda xüsusi qeyd olunmuşdur.
O, 1991-ci ildə vəfat edib. Amma bu gün Qəbələdə fəaliyyət göstərən xanandələr Təmi Hacıyevin yolunu davam etdirirlər. Onun adı və xidmətləri Qəbələnin musiqi salnaməsində xüsusi bir şaxəni təşkil edir.
Həyat yoldaşı Vahabova Rəfiqə Abduləziz qızı 19 fevral 1939-cu ildə Qəbələ rayonunda anadan olub hal-hazırda təqayüddə olan tibb işçisidir
Oğlu Hacıyev Abbas (A.Zeynallı adına Musiqi Texnikumunu bitirib) , Hacıyev Əli (Gəncə Texnologiya institutunu bitirib) , Qızı Hacıyeva Qızılgül (Gəncə Texnologiya institutunu bitirib), Mehrabova Gültəkin (Yeyinti sənaye texnikomunu bitirib), Hacıyeva Arzu (Yeyinti sənaye texnikomunu bitirib)
http://www.anl.az/down/meqale/medeniyyet/2011/may/173154.htm http://qebele-ih.gov.az/userfiles/files/73477.pdf http://www.anl.az/down/meqale/b/2011/avqust/ma17.htm Arxivləşdirilib 2019-10-19 at the Wayback Machine http://qebele-ih.gov.az/userfiles/files/72585.pdf