Tənhalıq (mahnı)

Tənhalıq — bəstəkar Şəfiqə Axundovanın şair Ənvər Çingizoğlunun sözlərinə bəstələdiyi mahnı. Mahnını vaxtı ilə İslam Rzayev və başqaları ifa edib.

Tənhalıq
İfaçı İslam Rzayev
Dil Azərbaycan
Bəstəkar Şəfiqə Axundova
Sözlərin müəllifləri Ənvər Çingizoğlu

Mətni[redaktə | mənbəni redaktə et]

Necə vurum başa mən,
Bu sonsuz, qorxunc yolu?
Təkcə necə daşıyım
Ürəyim dərdlə dolu.

Hansı yana üz tutdum,
Hansı yana baş aldım:
Bir quyu tapmadım ki,
Ürəyimi boşaldım.

Qalıb yolayrıcında,
İtirmişəm özümü.
Kimə verim sirrimi,
Kimə deyim sözümü?

Bu vəfasız dünyada,
Vəfalı sirdaş hanı?
Ömrü başa vurmağa
Bir yaxın yoldaş hanı?

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]