Təpə kəklikotusu (lat. Thymus collinus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü.
Təpə kəklikotusu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Təpə kəklikotusu |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Qafqazda geniş yayılmışdır.
Çoxillik, alt hissəsində şaxələnmiş gövdəli, yuxarı hissəsində tükcüklü bitkidir. Çiçək saplaqlarının hündürlüyü 7-12 sm-dir. Yarpaqları saplaqlı, uzunsov-yumurtavaridən yumurtavariyədək, uzunluğu 7-11 sm, eni 3-5 mm, nöqtəli-vəziciklidir. Çiçəkləri çəhrayı, başcıq çiçək qruplarına yığılmışdır. Meyvəsi-qozadır. Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.
Orta və subalpda, quru daşlı yamaclarda bitir.
Azərbaycanın nadir və relikt növüdür. Arealı dardır. Azərbaycanda Quba və Naxçıvan MR dağlıq yerlərində rast gəlinir. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi tövsiyə edilir.
Dekorativ bağçılıqda və alpinarilərin tərtibatında geniş istifadə edilir.