Təpəbaşı məhəlləsi

Təpəbaşı məhəlləsiİrəvannin qədim məhəllələrindən biri.

Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Bu məhəllə şəhərin qərb hissəsini əhatə edirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı da burada yerləşirdi. [1] [2]

1728-ci ildə tərtib olunmuş osmanlı «Müfəssəl dəftər»ə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən («Köhnə şəhər», «Dəmirbulaq», «Dərəkənd», «Təpəbaşı») ibarət olmuşdu.[3]

1831-ci ildə Təpəbaşı məhəlləsi

[redaktə | mənbəni redaktə et]

İrəvan şəhəri aşağıdakı hissələrdən ibarətdir:

  • 1. Şəhər hissəsi
  • 2. Təpəbaşı hissəsi
  • 3. Dəmirbulaq hissəsi

Təpəbaşı hissəsinə aid olanlar:

  • 1) Kənəkir yolundan solda yerləşən Abihəyat məhəlləsi;
  • 2) Zəngi çayının solunda, Kənəkir kəndindən aşağıda yerləşən Qızılqala məhəlləsi;
  • 3) Zənginin həmin tərəfində, Qızılqala məhəlləsindən aşağıda yerləşən Dərəbağ məhəlləsi;
  • 4) Körpüdən yuxarıda, həmin yerdə yerləşən Dərəkənd məhəlləsi;
  • 5) Zənginin o biri tərəfində, Dərəbağla üz-üzə yerləşən Dəlmə məhəlləsi;
  • 6) Noraguğ məhəlləsi;

Bütün bu məhəllələr bağlardan ibarətdir və qış vaxtı buralarda heç kim yaşamır. Təpəbaşı hissəsi - 594 ailə, 1.333 kişi, 1.264 qadın, cəmi 2.537 nəfər Təpəbaşı hissəsi Azərbaycan türkləri:

  • 1 xan ailəsi, 4 kişi, 2 qadın, cəmi 6 nəfər
  • 12 bəy ailəsi, 43 kişi, 28 qadın, cəmi 71 nəfər
  • 6 mirzə ailəsi, 33 kişi, 16 qadın, cəmi 49 nəfər
  • 20 molla ailəsi, 69 kişi, 48 qadın, cəmi 117 nəfər
  • 10 seyid ailəsi, 21 kişi, 25 qadın, cəmi 46 nəfər.
  • Ermənilərdə:
  • 3 məlik ailəsi, 13 kişi, 13 qadın, cəmi 26 nəfər
  • 8 ruhani ailəsi, 32 kişi, 23 qadın, cəmi 55 nəfər
  • Cəmi 63 ailə, 227 kişi, 165 qadın, 192 nəfər.[4][5]
  1. Qarayev E. T. İrəvan xanlığı (1747-1828). Bakı, «Avropa» nəşriyyatı 2010, 342 səh.
  2. "Arxivlənmiş surət". 2020-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-03.
  3. "Arxivlənmiş surət". 2021-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-24.
  4. “İrəvan şəhərinin Kameral təsviri” kitabının I cildi Nazir Əhmədli
  5. "Arxivlənmiş surət". 2021-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]