Təpəbaşı məscidi və ya Hacı İmamverdi məscidi — İrəvanda Təpəbaşı məhəlləsində Azərbaycan məscidi.
Təpəbaşı məscidi | |
---|---|
40°10′50″ şm. e. 44°30′06″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Şəhər | İrəvan |
Yerləşir | İrəvan |
Aidiyyatı | İrəvan xanlığı |
Sifarişçi | Səfəvilər,Abbasqulu xan İrəvanski |
Tikilmə tarixi | 1687 |
Üslubu | Azərbaycan memarlığı |
Vəziyyəti |
1960-ci ildə fəaliyyəti dayandırılıb 2008-ci ildə ermənilər tərəfindən yaşayış evi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bəzi mənbələrdə Təpəbaşı məscidinin inşa tarixinin 1687-ci il olduğu qeyd edilsə də, onun dəqiq tikilmə tarixi məlum deyildir. Bizə çatan məlumatlara əsasən onun ən azı XIX əsrin qırxıncı illərində mövcud olduğu bildirilir. Çox güman ki, məscid daha qədimdir və XVII–XVIII əsrlərə aiddir. Bəzi məlumatlara görə məscid İrəvan şəhər upravasının üzvü, xan nəslindən olan Abbasqulu xan İrəvanskinin göstərişi ilə tikilmişdir. Onun evi də həmin məhəllədə olmuşdur.[1]
Təpəbaşı məscidi eyniadlı Təpəbaşı yaşayış massivində yaşayış massivində yerləşir. Məscidin minarəsi isə 1960-cı illərdə uçmuşdur. Sonralar isə məscidin həyətində və ətrafında gecəqondular inşa edilmişdir. Hazırda dağılmış vəziyyətdə olan bu məsciddə, eləcə də imam otağında erməni ailələri məskunlaşmışdırlar. Bəzən erməni ailələrinin yaşadığı Abbasqulu xanın evini hələ də ermənilər "Xanın evi" adlandırırlar.[2]Məscidin ətrafında bir çayxana da var idi ki, müsəlmanlar yığışıb çay içərdilər. İndi həmin çayxana da yoxdur. Məscidin həyətində və ətrafında ermənilər gecəqondular inşa etmişlər.[3]
Məscid tamamilə kərpicdən tikilmişdir. Fotoşəkillərdən göründüyü kimi İrəvandakı bir sıra digər məscidlərdən nümunə götürərək təkrarlanan rombvari naxışlı şirli mozaika plitələrlə üzlənmiş əsas günbəz qorunub saxlanmamışdır. Divarlarının qalınlığı 1,5 metrdir. Məscidin içərisindəki imamın otağında hazırda bir erməni ailəsi yaşayır.[4]