Tərlan Kərimov (14 sentyabr 1986, Sumqayıt) — Azərbaycanı təmsil edən samboçu və cüdoçu, sambo üzrə Avropa Çempionatlarının qalibi.[2]
Tərlan Kərimov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Tərlan Eldəniz oğlu Kərimov |
Vətəndaşlığı | |
Doğum tarixi | 14 sentyabr 1986 (37 yaş) |
Doğum yeri | |
Boyu | 167 sm[1] |
İdman növü | Sambo və cüdo |
Məşqçisi | Elçin Səfxanov |
Tərlan Kərimov 2008-ci ildə Tbilisi şəhərində (Gürcüstan) sambo üzrə Avropa Çempionatının bürünc medalına sahib oldu. Bir il sonra, 2009-cu ildə isə Tərlan Kərimov Milan şəhərində (İtaliya) baş tutan sambo üzrə Avropa Çempionatının qalibi oldu.
Sambo ilə paralel olaraq Tərlan Kərimov cüdo ilə də məşğul olurdu. 2008, 2009 və 2010-cu illərdə Tərlan Kərimov cüdo üzrə Azərbaycan Çempionatlarını qızıl medallarla başa vurdu. 2010-cu ildə Tərlan Kərimov həm də Avstriyanın Vyana şəhərində və Misirin Qahirə şəhərində baş tutan IJF World Cup seriyalı beynəlxalq turnirlərdə müvafiq olaraq bürünc və gümüş medallara sahib oldu.
2011-ci ildə Tərlan Kərimov yanvarda Azərbaycanda IJF World Masters beynəlxalq turnirini bürünc medalla başa vurdu. Daha sonra isə Tərlan Kərimov apreldə İstanbul şəhərində baş tutan Avropa Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu. Həmin ilin avqustunda Tərlan Kərimov həm də Paris şəhərində Dünya Çempionatını yeddinci pillədə başa vurdu.
Tərlan Kərimov 2012-ci ilin mayında Azərbaycanda IJF Qran-Pri beynəlxalq turnirində bürünc medala sahib oldu. Tərlan Kərimov IJF olimpiya reytinq cədvəlində mövqeyini yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib oldu. Tərlan Kərimov həmin ilin avqustunda Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Təsnifat mərhələsindən azad olan Tərlan Kərimov olimpiadanın 1/16 final mərhələsində son Dünya Çempionatının bürünc medalçısı Rusiya cüdoçusu Musa Moquşov ilə üz-üzə gəldi.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Tərlan Kərimov rəqibinə qalib gəldi və olimpiadanın 1/8 final mərhələsinə adladı.[3] Bu mərhələdə onun rəqibi Misir nümayəndəsi Əhməd Avad oldu.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Tərlan Kərimov rəqibi üzərində qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı.[3] Bu mərhələdə isə onun rəqibi 2010-cu il Avropa Çempionatının qalibi İspaniya cüdoçusu Suqoi Uriarte oldu.[3] Bu görüşdə Tərlan Kərimov rəqibinə məğlub oldu və mübarizəsini təsəlliverici görüşdə davam elədi.[3] Bu görüşdə onun rəqibi Polşa nümayəndəsi Pavel Zaqodni oldu.[3] Bu görüşdə də rəqibinə məğlub olan Tərlan Kərimov olimpiadanı yeddinci pillədə başa vurdu.[3] Olimpiadadan sonra həmin ilin noyabrında Tərlan Kərimov dördüncü dəfə Azərbaycan Çempionatının qalibi oldu.
2013-cü ildə Tərlan Kərimov beynəlxalq turnirlərdə uğura imza ata bilmədi və yeganə uğuru noyabrda Azərbaycan Çempionatının gümüş medalına sahib olmaq oldu. Tərlan Kərimov 2014-cü ildə Əbu-Dabi şəhərində (BƏƏ), 2015-ci ildə isə Tbilisi şəhərində (Gürcüstan) baş tutan IJF Qran-Pri beynəlxalq turnirlərində müvafiq olaraq gümüş və bürünc medallara sahib oldu.
Tərlan Kərimov 2016-cı ilin aprelində Rusiyanın Kazan şəhərinsdə baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu. Həmin il Tərlan Kərimov həm də Azərbaycanda IFJ Qran-Pri beynəlxalq turnirində və Azərbaycan Çempionatında bürünc medallara sahib oldu. 2017-ci il ərzində beynəlxalq turnirləri uğura imza ata bilməyən Tərlan Kərimov həmin ilin sonlarında beşinci dəfə Azərbaycan Çempionatının qalibi oldu. 2018-ci ildə Tərlan Kərimov üçün uğursuz mövsüm. Onun il ərzində yeganə uğuru Azərbaycan Çempionatında bürünc medala sahib olmaq oldu. Həmin il Tərlan Kərimov idmanla vidalaşdı.