∀ simvolu riyaziyyatda universal kvantifikasiyanı bildirmək üçün istifadə olunan məntiq simvoludur və "hamısı üçün" kimi tərcümə olunur. İlk dəfə Qerhard Qentsen tərəfindən 1935-ci ildə istifadə olunmuşdur. O, ilk dəfə Cüzeppe Peano tərəfindən istifadə olunmuş Ǝ simvolundan ilhamlanmışdır.[2]
Tərs a Edvard Lluydun "Archaeologia Britannica" (1707) əsərində.
Tərs a Vilyam Praysın "Archaeologia Cornu-Britannica" (1790) əsərində.
Tərs a hərfi Edvard Lluyd və Vilyam Prays tərəfindən Korn dili üçün fonetik simvol kimi istifadə olunmuşdur. Onların kitablarında Ɐ və ɐ simvolları istifadə olunmuşdur.[3] Simvol XIX əsrdə riyaziyyatçı Çarlz Sanders tərəfindən məntiq simvolu kimi işlədilmişdir.[4] 2023-cü ildə Azərbaycan ordusuna məxsus hərbi texnikanın üzərində yazılmış tərsinə A hərfi Ermənistanda Zəngəzur dəhlizinə müdaxilənin simvolu kimi qiymətləndirilsə də, Azərbaycan tərəfi bu simvolun sadəcə digər ölkəyə aid maşınlardan fərqləndirmək üçün istifadə olunduğunu bildirmişdir.[5]
Akrofoniya prinsipinə görə A hərfi protosinan yazısında öküz (alef) başını təmsil edən simvoldan yaranmışdır. Lakin vaxt keçdikcə simvolun yazıdakı istiqaməti və əsl mənası itmişdir. Tərs A hərfi öküz başı formasında olan loqoqrafik görünüşü bərpa edir.[6]