Tərtər Batalyonu

Tərtər Ərazi Özünü Müdafiə BatalyonuQarabağ müharibəsi başlayanda Ermənistanla qonşu olan rayonlarda olduğu kimi Tərtər rayonunda da rayonun müdafiəsini təşkil etmək məqsədilə Azərbaycanın Milli Qəhrəmanı, mayor Elman Süleyman oğlu Hüseynovun təşkilatçılığı altında 12.11.1991-ci ildə MN-nin 813 sayli əmri ilə ilk hərbi hissələrindən biri olan Tərtər Ərazi Özünü Müdafiə Batalyonu yaradıldı.

Tərtər ərazi özünümüdafiə batalyonu

Azərbaycan Respublikası Müdafiə Nazirinin 12.11.1991-ci il tarixli əmri ilə Hüseynov Elman Süleyman oğlu Batalyonun komandiri , Pənah Ağamalı oğlu Məmmədov Batalyonun qərərgah rəisi təyin olunurlar.

Qısa zaman ərzində 1992-ci ildə Ağdərənin 20 yaxın yaşayış məntəqəsi və Ağdərə şəhəri Tərtər Batalyonun apardığı uğurlu əməliyyatlar nəticəsində düşməndən təmizləndi. Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Batalyonun 200 yaxın döyüşçüsü qəhrəmancasına şəhid oldu, yüzlərlə döyüşçüsü əlil oldu. Batalyon hazırda Tərtərdə yerləşən MN-nin N saylı Hərbi hissəsi dislokasiya olduqdan sonra 1993-cü ildə əlahiddə h/h olaraq ləğv olundu.

Batalyon iki döyüşçüsü : Batalyon komandiri Elman HüseynovVəzir Orucov ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adına, onlarla döyüşçüsü Azərbaycanın Respublikasının müxtəlif orden medal və ali fəxri adlarına layiq görülmüşdür.

Batalyonun keçdiyi rəşadətli döyüş yolu haqqında 2017-ci ildə rejissor Nizami Abbasın rejissorluğu ilə "Batalyon" sənədli filmi çəkilmişdir.