Elman Süleyman oğlu Hüseynov (28 fevral 1952, Azad Qaraqoyunlu, Mirbəşir rayonu – 14 yanvar 1993, Vəngli, Kəlbəcər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.[1]
Elman Hüseynov | |
---|---|
Elman Süleyman oğlu Hüseynov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 fevral 1952 |
Doğum yeri | |
Vəfat tarixi | 14 yanvar 1993 (40 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Uşağı | 3 |
Atası | Süleyman |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1991–1993 |
Rütbəsi | Mayor |
Təltifləri |
Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu (İlxıçılar) kəndində doğulmuşdur. 1958–1968-ci illərdə Azad Qaraqoyunlu kənd orta məktəbində orta təhsil almışdır. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitunun hidro-meliorasiya fakültəsinə qəbul olmuş, 1973-cü ildə mühəndis ixtisası alaraq təhsilini başa vurmuşdur. 1973–1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət etmişdir.[2]
1980–1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdır. 1982–1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985–1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988–1990-cı illərdə Tərtərçay hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. Dəfələrlə rayon sovetinə deputat seçilmişdir.
Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirmişdir.
Evli idi. Üç övladı yadigar qalıb.[2]
1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərargahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunmuşdur. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak etmişdir. Şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilmişdir.[3]
Döyüşlərdə iki dəfə yaralanmışdır. 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.[3]
Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə mayor Elman Süleyman oğlu Hüseynov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[4]
Tərtər rayonunda və Bakı şəhərində adına küçə var.[2][5][6] Bundan əlavə qəhrəmanın büstü qoyulub və qəhrəmanın adına muzey var.[5]