Təsadüfi kəmiyyət

Təsadüfi dəyişən və ya təsadüfi kəmiyyətStatistika və ya ehtimalda dəyərləri qeyri-rəsmi olaraq təsadüfi bir fenomenin nəticələrindən asılı olan dəyişəndir.[1]

Təsadüfi kəmiyyət diskret və kəsilməz ola bilər.

  • Diskret təsadüfi kəmiyyət (rus. дискретная случайная величина, ing. discrete random variable) özünün müəyyən mümkün qiymətlər çoxluğuna malikdir. Məsələn, lotereya biletinin nömrəsi diskretdir. Diskret təsadüfi kəmiyyət hər hansı bir sonlu çoxluqdan qiymət alır.
  • Diskret olmayan, başqa sözlə kəsilməz təsadüfi kəmiyyətə (rus. непрерывная случайная величина, ing. continuous random variable) nümunə olaraq havanın temperaturunu göstərə bilərik. Belə ki, havanın temperaturu müəyyən intervalda kəsilməz qiymət ala bilər. Kəsilməz təsadüfi kəmiyyət sonsuz sayda qiymətlər ala bilər.[2]
  1. Blitzstein, Joe; Hwang, Jessica. Introduction to Probability. CRC Press. 2014. ISBN 9781466575592.
  2. Yadulla Həsənli. Ekonometrikaya giriş 2008 (nəşr olunmamış versiya)