Təyin budaq cümləsi

Təyin budaq cümləsi baş cümlənin isimlə və ya isimləşmiş sözlərlə ifadə olunmuş hər hansı bir üzvünü təyin edir və təyinin suallarına (necə? nə cür? hansı?) cavab verir. Adətən, təyin budaq cümləsinin baş cümləsində o, bu, elə, belə, həmin, bir, elə bir, o qədər və s. kimi əvəzlik-qəliblər işlənir. Əvəzlik-qəliblər budaq cümlənin bu növündə özündən sonra isim tələb edir.

  • Təyin budaq cümləsi əksər zaman baş cümlədən sonra gəlir. Bu vaxt əlaqə vasitəsi ya tabelilik bağlayıcısı, ya da intonasiya olur. Məs:
  1. Mən o (hansı?) kəndləri gəzmişəm ki, havası havadır, suyu sudur.
  2. Elə (necə?) otlar var ki , min bir dərdin dərmanıdır.
  3. Adam var (necə?), adamların naxışıdır.
  4. Mən bir solmaz (necə?) yarpağam ki, çiçəkləri bəzərəm. (C.Cabbarlı)
  5. Söz var (necə?) qılıncdan itidir.
  • Bəzi təyin budaq cümlələrində budaq cümlə baş cümlədən əvvəl gəlir. Bu zaman bağlayıcı sözlə əlaqələnir:
  1. Hansı xörəyi xoşlayırsan, o xörəyi də ye.
  2. Hansı kitabı demisən, o kitabı almışam.
  3. Necə demişdin, elə də paltar almışam.
  4. Nə qədər istədin, o qədər daş yığdıq.
  • Təyin budaq cümləsinin bəzilərində əvəzlik-qəlib ixtisar olunur. İxtisaolunmuş əvəzlik-qəlibi asanlıqla bərpa etmək olar. Məs: Əsər var, oxumaqdan doymursan. Bu cümlə intonasiya vasitəsilə əlaqələnib və əvəzlik-qəlib ixtisar olunub. Belə cümlələrdə tabelilik bağlayıcısını və əvəzlik-qəlibi asanlıqla bərpa etmək olar. Məs: Elə əsər var ki, oxumaqdan doymursan.
  • Təyin budaq cümləsində əvəzlik-qəliblər cümlədə mübtədanı, tamamlığıismi xəbəri təyin edə bilər. Məs: Elə çiçəklər var ki, ətrindən doymaq olmur. Alimlərimiz elə dərman düzəltdi ki, epidemiya təhlükəsi aradan qalxdı. Bu elə kitabdır ki, oxumamaq olmur. Cümlələrdə ardıcıllıqla əvəzliklər mübtədanı, tamamlığıismi xəbəri təyin edir. Təyin budaq cümləsində buna fikir vermək lazımdır.
  • Sadələşən zaman təyin budaq cümləsində budaq cümlə sadə cümlənin təyini vəzifəsində işlənir. Məs.: Mən insan adam o adama deyərəm ki, ömrü fırtınalar içərisində keçsin (mürəkkəb cümlə). Ömrü fırtınalar içərisində keçən (hansı?) adama insan adam deyərəm (sadə cümlə).

Təyin budaq cümlələri[redaktə | mənbəni redaktə et]

  1. Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm. (C.C.)
  2. Mən o tənqidi sevirəm ki, işin xeyrinədir.
  3. Elə gecələr var ki, səhərədək yata bilmirəm.
  4. İndi gözəl o qızdır ki, səngərdə beş külüng, beş bel artıq vurur. (M.C.)
  5. Bu, o dərə idi ki, burada Güzdəkli Bayandur öz igidləri ilə Ağa Məhəmmədin qoşunlarına divan tutmuşdu. (İ.Ə.)
  6. Elə müəllim var ki, öz uşaqlarına qəlbən bağlıdır.
  7. Söz var, kəsdirər başı, söz var, kəsər savaşı.
  8. Bir söz de ki, mənim ürəyimə yatsın.
  9. O adama söz de ki, sözünü yerə salmasın.
  10. Elə bir qız ol ki, xalqın səninlə fəxr etsin.
  11. Elə adam var ki, heç vaxt öz yerini bilmir.
  12. Nə qədər şeir demişdin, o qədər şeir əzbərləmişəm.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]