Budaq cümlə

Budaq cümlə - tabeli mürəkkəb cümlənin baş cümləyə semantik və qrammatik cəhətdən tabe olan tərkib hissəsi. Budaq cümlə baş cümləyə müxtəlif cəhətdən xidmət edir; baş cümlədə ifadə olunan hal-hərəkətin zamanını, yerini, səbəbini və digər əlamətlərini bildirir.

Azərbaycan dilində budaq cümlənin aşağıdakı növləri vardır:

  1. mübtəda budaq cümləsi
  2. xəbər budaq cümləsi
  3. tamamlıq budaq cümləsi
  4. təyin budaq cümləsi
  5. zərflik budaq cümlələri
  6. şərt budaq cümləsi
  7. qarşılıq-güzəşt budaq cümləsi.
  • Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı,2014, səh.17.
  • Abdullayev Ə. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı, 1974,
  • Abdullayev Ə., Cəfərov N., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə, Sintaksis. Bakı, 2009.