Təyin olunmuş inyeksiya yerləri (ing. Supervised injection site) - Narkotik vasitə istifadəçilərinin steril edilmiş məkanlarda özlərinə venadaxili narkotik vasitələr vurmaları üçün yaradılmış xüsusi məntəqələr. Bu tip təyinat yerlərinin yaradılmasındakı əsas məqsəd narkotik vasitə istifadəçilərinin mümkün yüksək dozadan qaynaqlanan ölüm hallarının qarşısının alınmasıdır.[1][2]
Cəmiyyətlər tərəfindən bu tipli mərkəzlərin fəalliyətinə birmənalı münasibət göstərilmir. Bir tərəf xüsusi inyeksiya yerlərinin mövcud olmasını narkomaniyanı təbliğ etdiyini bildirsə də, digər bir tərəf isə İİV başda olmaqla bir çox xəstəliklərin mümkün yoluxma hallarının qarşısının alındığını və ən əsası narkotik vasitə istifadəçilərinin onlara verilən yəni norma həddində narkotik maddə qəbul etdikləri üçün yüksək dozadan ölmə ehtimallarının olmaması səbəbindən sözügedən mərkəzərin fəaliyyətini dəstəkləyirlər.[3]
Bu tip mərkəzlərin fəaliyyət göstərməsi dövlətlərin qanunveriçilik və siyasi yurisdiksiyası əsasında tənzim olunur. Təyin olunmuş inyeksiya yerlərinin yaradılmasındakı əsas konsepsiya narkomaniyanın cəmiyyətlərə vurduğu zərərin azadılmasından ibarətdir. Şimali Amerikada və Avropada fəaliyyət göstərən TİY mərkəzləri, əsasən, narkotik vasitə istifadəçiləri üçün steril və tək istifadəlik inyeksiya avadanlıqları, müəyyən psixotrop dərmanlar və kiçik səhiyyə xidmətləri təklif edirlər. Bəzi ölkələrdə istifadəçilərə konsultasiyalarda verilməkdədir. TİY mərkəzlərində istifadəçilərə narkotik maddələrinin satışı və ya təşkil edilməsi xidmətləri göstərilmir.