Təzəkənd yaşayış yeri (Beyləqan)

Təzəkənd yaşayış yeriBeyləqan rayonu ərazisində yerləşən arxeoloji abidə[1].

Təzəkənd yaşayış yeri
Ölkə  Azərbaycan
Şəhər Beyləqan
Yerləşir Təzəkənd
Aidiyyatı antik dövr və erkən orta əsrlər
KateqoriyaArxeoloji abidə
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Örənqala şəhər xarabalığından 8 km cənub-şərqdə qədim yaşayış yeri. Bir-biirindən 700 m aralı iki təpədən və qəbiristanlıqdan ibarətdir. Xəndəklə əhatə olunmuş təpələrin hündürlüyü 3-4 m, tutduqları sahə isə müvafiq olaraq 5,5 ha və 1,3 ha təşkil edir. 1936, 1955 və 1957-ci illərdə arxeoloji axtarışlar zamanı daşdan iki sütun altlığı, küp qəbirləri, Roma imperatoru Avqustun dövrünə aid gümüş pullar, gil şamdanlar, dən daşları, saxsı qab qırıqları, təndir qalıqları və s. tapılmışdır. Materiallar antik dövr və erkən orta əsrlərin əvvəllərinə (e.ə. – II eramızın V əsrləri) aiddir. Təzəkənd abidələrində XII-XIII əsrlərdə də yaşayış olmuşdur. Tədqiqatçıların bir qisminin fikrincə Təzəkənd Paytakaran şəhərinin xarabalığıdır. Abidə ilkin görkəmini dəyişmiş, ətrafında xəstəxana və yaşayış binaları tikilmişdir.

  1. "Tarixi-arxeoloji abidələr". beyleqanli.az. 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-24.