Aleksandr İvanoviç Tarasov (Taras və T-killah təxəllüsləri ilə tanınır; 30 aprel 1989, Moskva) — rus rep/hip-hop/R’n’B ifaçısı. 2010-cu ildə «Над землей» mahnısı ilə tanınmışdır. Bu mahnını o ilk dəfə duet şəklində məşhur müğənni - Anastasiya Koçetkova ilə ifa edir.
T-killah | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Aleksandr İvanoviç Tarasov |
Ləqəbləri | T-killah, Taras |
Doğum tarixi | |
Doğum yeri | Moskva, RSFSR |
Milliyyəti | rus |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, repçi, musiqiçi, futbolçu |
Fəaliyyət illəri | 1988-günümüz |
Janrlar | Hiphop, R&B |
t-killah.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr 30 aprel 1989-cu ildə Moskvada anadan olmuşdur. O, Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik Akademiyasında, sonra isə Moskva İqtisadiyyat məktəbində təhsil alıb. Amma onun uşaqlıq arzularından biri musiqiçi olmaq idi. Buna görə də o musiqi təhsili alır. Səhnə təxəllüsü olan T-killah-ı Aleksandr eyniadlı içki ilə (tekila) uğursuz tanışlığından sonra götürüb.
Aleksandrın əsas hobbiləri - musiqi və idman, xüsusilə - futbol və basketboldur. Aleksandr həmçinin boksla və 7 il ərzində peşəkar voleybolla məşğul olub. Məhz yaxşı fiziki formasının olması sayəsində, aktyor ekstremal şou olan "Qəddar oyunların" 3-cü mövsümünün çəkilişlərinə dəvət alıb.