t.A.T.u. (rus. Тату) — "Tatu" beynəlxalq səviyyədə tanınmış ən uğurlu rus pop qrupudur. Onların sinqlları həm ingilis, həm də rus dillərində Rusiyanın, Böyük Britaniyanın, ABŞ-nin və digər ölkələrin hit paradlarında yer alıb. Onların debütu, 2002-ci ildə ingilis dilində yazılmış, "All the Things She Said" bütün dünyada ilin ən uğurlu sinqlarından biri seçilmişdir. "Tatu" ilk və yeganə rus "IFPI" mükafatı qazanan qrup sayılır.
t.A.T.u. | |
---|---|
rus. Тату | |
| |
Əsas məlumatlar | |
Üslub |
pop pop-rok sintipop texno çillaut rəqs musiqisi |
Fəaliyyət illəri |
1999—2011 (Bir araya gəlmə: 2012, 2013, 2014) |
Ölkə | Rusiya |
Şəhər | Moskva |
Dil |
rusca ingiliscə |
Leybl |
Universal Music Group/Interscope Records (2001—2006) T.A. Music (2006—2011) |
Heyət |
Yuliya Volkova Yelena Katina |
Digər layihələr | Neposedı |
www.tatu.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
"Tatu" dueti üçün bəstəkar Aleksandr Voitinski və 1999-cu ildə ssenarist Ivan Shapovalov tərəfindən reklam yaradılmışdır. Shapovalov və Voitinski tərəfindən Lena Katina qrupun solist rolu üçün seçilir. Sonra Ivan Shapovalov duet yaratmaq qərarına gəlir və Lena Katina qrupa daha bir qız dəvət edir. O, Yuliya Volkovanı dəvət edir, onun namizədliyi isə Shapovalov tərəfindən təsdiq edilir. O zaman hər ikisinin 15 yaşı var idi. Duet üçün lezbian imici seçilmişdir. Qızlar hələ Tatu qrupu yarandıqdan da öncə bir-biri ilə yaxından tanış idilər və birlikdə "Neposedalar" ansamblında iştirak etmişlər. Qrupun adının mənasını qızlar sonradan açıqlamışlar, «Та любит Ту», birlikdə ТАТУ - "yəni O sevir Onu", bu da qızların səhnə obrazı olan lezbian sevgisi ilə əlaqəli idi.
24 may 2003-cü ildə TATU qruppası Riqada Rusiyanı Avroviziyada təmsil etdilər. Müsabiqənin təşkilatçıları qrupa xuliqanlıq olduğu şəkildə onların diskvalifikasiya ediləcəkləri ilə xəbərdarlıq etdilər.[1]. Ümumilikdə isə, 164 balla, qrup 3-cü yer tuta bildi.
2003-cü ilin fevral ayında məşhur Amerika televiziya şousu olan NBC «Tonight» "Tatu"-nu proqrama dəvət etdi. Qızların T-shirt-lərində antimüharibəyə rus dilində ədəbsiz söz yazılmışdı !). O zaman Amerika televiziyasında İraq müharibəsinə qarşı cəhd və hesabatların qarşısı alınırdı.
2011-ci ilin yanvar ayının 25, "Sən və mən (film, 2011), filminin premyerası ba. tutur. Premyerada, "Tatu" qrupunun mövcudluğunun tam dayandırıldığını bildirirlər.
Qrupun fəaliyyəti bir çox tərəflərdən tənqid edilmişdir. Bu da qrupun imici ilə bağlıdır. Qərb bazarına qızların öpüş səhnəsi ilə daxil olan ilk musiqili video çatdıqdan sonra musiqi tənqidçilərinin diqqətini çəkdi. Billboard yazırdı: «„All the Things She Said“ - gözəl, güclü səs sintezi ilə, həsrət və həznin qarşılığı olan tam güclü mahnıdır.
Əvvəlki: Premier Ministr |
Rusiya Avroviziya Mahnı Müsabiqəsində 2003 |
Sonrakı: Yuliya Saviçeva |