TAI T625 və ya Gökbey T-625 və Türkiyə Silahlı Qüvvələri və mülki aviasiya sahəsində Türkiyənin coğrafi və iqlim şəraitinə uyğun olaraq istifadə edilməsi üçün, türk mühəndisləri tərəfindən konstruksiya edilən, inkişaf etdirilən Türk Aerokosmik Sənayesinin obyektlərində hazırlanan və istehsal olunması planlaşdırılan ümumi təyinatlı helikopterdir. Orijinal helikopterin gələcəkdə UH-1 və təcili yardım helikopterlərini əvəz etməsi planlaşdırılır.
TAI T625 Gökbey | |
---|---|
Tipi | Çoxməqsədli helikopter |
Hazırlayan | Türk Aerokosmik Sənayesi |
İstehsalçı | Türk Aerokosmik Sənayesi |
İlk uçuş | 6 sentyabr 2018 |
İstehsal ili | 2021 |
Vikianbarda əlaqəli mediafayllar |
TAI 2010-cu ildə orijinal yerli ümumi təyinatlı helikopter üçün ilkin konstruksiya işlərinə başlamışdır. 6 tonluq ümumi təyinatlı helikopter layihəsi üçün Orijinal Helikopter Proqramı Sazişi 26 iyun 2013 tarixində imzalanmışdır və proqram cədvəli 6 sentyabr 2013-cü ildən etibarən tətbiq edilmişdir. Türk Aerokosmik Sənayesi Alp aviasiya, eniş dəsti, ötürücü qutusu və dinamik komponentlərin istehsalı və yığılmasına cavabdeh olarkən, İspaniyanın CESA şirkəti hidravlik sistemləri təmin etmək üçün seçilmişdir.
T625-in əvvəlcə 5 ton ağırlığında olacağı gözlənilirdi və 2 ədəd LHTEC CTS800 mühərrikindən istifadə edilməsi nəzərdə tutulurdu. LHTEC CTS800, TUSAŞ T-129 Attack vertolyotunda da istifadə edildiyi üçün seçilmişdi. Ancaq yerli mühərrik şirkəti TEI tərəfindən yeni nəsil TS1400 mühərrikinin inkişafına başlanıldı.
Vertolyotun birinci dəfə ictimaiyyətə təqdim edilməsi 5 sentyabr 2014 tarixində Ankarada təşkil edilmiş Yerli Vertolyotun Sənayeləşməsi Yığıncağında edilmişdir. T-625 ilk prototip uçuşunu 6 sentyabr 2018-ci ildə etmişdir. 29 iyun 2019-cu ildə T-625 prototipi ilk dəfə tam təchizatlı şəkildə uçuşunu həyata keçirmişdir və Türkiyənin Mülki Aviasiya üzrə Baş İdarəsi tərəfindən sertifikatlaşdırılmışdır.
T-625-in kütləvi istehsalına 2021-ci ildə başlanacağı gözlənilir. İlk mərhələdə 20 “Gökbey” satın alınacaq. Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına çatdırılacaq helikopterlərin sayı məlum deyil. Sınaq və sertifikatlaşdırma proseslərindən sonra Jandarma Baş Komandanlığı və Hərbi Hava Qüvvələri Komandanlığı üçün ilk tədarüklərin 2022-ci ildə başlaması planlaşdırılır. “Gökbey”in Türkiyə Silahlı Qüvvələrinin inventarında olan UH-1 helikopterlərini əvəz edəcəyi gözlənilir. Jandarma Baş Komandanlığının inventarında olan 13 AB-205 tipli ümumi məqsədli helikopterlə də “Gökbey”lə əvəzlənəcək.[1]
T625, iki böyük sensorlu cüt İnteqrasiya olunmuş Missiya Ekranı (8x20 düym) və iki sensorlu ekran məlumatları girişli Komanda İdarəetmə Birliyi (8x10 düym) ilə ASELSAN şüşə kokpitli dörd oxlu iki yerli avtomatik uçuş idarəetmə sisteminə malikdir. IFR və VFR bir pilotlu əməliyyatlar, gecə əməliyyatları və məlum buzlanma şəraitində uçuş üçün nəzərdə tutulmuşdur. Türkiyə Müdafiə Sənayesi Nazirliyi T-625 vertolyotunda istifadə edilən müxtəlif alt sistemlər üçün çox sayda patent aldıqlarını bildirmişdir.