Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Hər bir TCP protokolu 20 baytlıq başlıq hissədən ibarətdir. Bu başlıqdan sonra əlavə sahə gəlir bu sahədə 65495 bayt verilənlər yerləşə bilərlər. Qəbul edən sahələr və ötürücü sahələr sonlu sayda birləşmələrdən ibarət olan lokal sahələrin identifikatorlarıdır. Bunlar hostun İP ünvanları ilə birlikdə 48 bitlik identifikatoru təşkil edirlər. Bu identifikator son nöqtənin vəziyyətini müəyyənləşdirir.
Növbəti sahələr sıra ardıcıllığını və təstiq ardıcıllığını göstərən sahələrdir. Bu sahələrdən sonra TCP protokolunun başlığının uzunluğunu göstərən sahə gəlir . Daha sonra ist. olunmayan 6 bitlik sahə mövcuddur. Bu sahə ehtiyat üçün nəzərdı tutulmuşdur. Pəncərənin ölçüsü, sahəsi göstərir ki təstiq olunmuş baytdan sonra nə qədər bayt məlumat göndərilə bilər. Cəmlərə nəzarət etibarlılığı artırmağa xidmət edir və İP protokollarından fərqli olaraq burada onlar nəinki başlıq və kiçik başlıq hissələri həmçinin verilənləri qoruyur. Başlıq hissə 32 tərtibli göndərici və qəbuledici İP ünvana malikdir. Əlavə olaraq TCP protokolunun nömrəsi və baytlarının hesablayıcısı istifadə olunur