TDV İslâm Ansiklopedisi

Türkiyə Dəyanət Vəqfi İslam Ensiklopediyası (türk. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi), həmçinin qısa olaraq TDV İslam Ensiklopediyası (türk. TDV İslam Ansiklopedisi) və ya sadəcə İslam Ensiklopediyası (türk. İslam Ansiklopedisi) — Türkiyə Dəyanət Vəqfi tərəfindən 1988–2013-cü illərdə, həmçinin 2016-cı ildə iki əlavə cildlə nəşr edilmiş türk dilində çoxcildli elmi ensiklopediya.

TDV İslam Ensiklopediyası
türk. Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi
Janr ensiklopediya
Orijinalın dili türk dili
Orijinalın nəşr ili bilinmir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"TDV İslam Ensiklopediyası"nın məzmununda islam dünyasının bir çox sahələrinə, o cümlədən bir elm olaraq islamşünaslığa aid məqalələr, islam mədəniyyəti və sivilizasiyası ilə bağlı terminlər, islam dünyasının mühüm şəxsiyyətləri, müsəlmanların həyatına təsir edən əsərlər yer almışdır.[1] Ensiklopediya 44 əsas və iki əlavə cilddən, o cümlədən müxtəlif bilik sahələrinə aid 16,915 məqalədən ibarətdir. Bütün ensiklopediya məqalələri onun rəsmi saytında tam şəkildə onlayn mövcuddur.[2] "TDV İslam Ensiklopediyası"nın transliterasiya sistemi türk-osmanlı mətnlərinin transliterasiyası üçün şərqşünaslıqda faktiki standarta çevrilmişdir.[3]

  1. "İslâm Ansiklopedisi" (türk). Ankara: Türkiye Diyanet Vakfı. 2015-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
  2. "İslâm Ansiklopedisi" (türk). Türkiye Diyanet Vakfı. 2019-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-22.
  3. Buğday Korkut M. Osmanisch: Einführung in die Grundlagen der Literatursprache. Wiesbaden: Harrassowitz Verlag (ing.). 1999. 2. ISBN 3447041544.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]