Tağızadə Zeynal Xuduş oğlu (1905, Şuşa-1975, Bakı) — dilçi, alim, filologiya elmləri doktoru (1968) pofessor (1968).
Zeynal Tağızadə | |
---|---|
Zeynal Xuduş oğlu Tağızadə | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Təhsili | Şuşa Müəllimlər Seminariyası, Azərbaycan Dövlət Universiteti |
İbtidai təhsililnin "Nəşri-maarif" məktəbində almiş, bir müddət Şuşa Real Məktəbində oxumuş, Şuşa Müəllimlər Seminariyasının (1925) bitirmişdir. Həmin ildən pedaqoji fəaliyyətə başlayan gənc müəllim 1928-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1932-ci ildən başlayaraq Bakının müxtəlif orta məktəblərində, ali həmkarlar məktəbində, fəhlə fakültəsində dil və ədəbiyyat dərsi demişdir.
Zeynal Tağızadə 1945-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun aspiranturasına daxil olmuş, burda oxumaqla yanaşı, Azərbaycan dilçiliyi kafedrasında asstent, baş müəllim, dil-ədəbiyyat fakültəsində dekan müavini, aspirantura müdiri vəzifələrində çalışmışdır. XIX–XX əsrlərdə Azərbaycan nəsrində tabeli mürəkkəb cümləsinin inkişafı mövzusunda namizədlik disertasiyasi müdafiə edən (1949) genc alim 1950-ci ildə Azərbaycan dilçiliyi kafedrsında dosent vəzifəsinə keçmiş, sonra uzun müddət Azərbaycan dili kafedrasının müdiri olmuş, eyni zamanda Azərbaycan qiyabi Pedoqoji İnstitutunda, H. Zərdabi adina Kirovobad Pedaqoji İnstitutunda dilçilik kafedralarına rəhbərlik etmişdir. "Müasir Azərbaycan ədəbi dilində mürəkkəb cümlə" mövzusunda uğurla direktorluq dissertasiyası müdafiə edən (1968) alim son illərdə M. F. Axundov adına Azərbaycan Pedoqoji Dillər İnstitutunda eksperimental fonolaborotoriya elmi rəhbəri vəzifəsində çalışmışdır.
Professor Moskva, Leninqrad, Kiyev, Daşkənd, Alma-Ata, Aşqabad, Kazan, Frunze, Tiflis, İrəvan kimi şəhərlərdə dilçilik problemlərinə həsr olunmuş SSRİ miqyaslı simpozium və konfranslarda iştirak etmiş dilçiliyin bu ali məclislərində çıxış etmişdir. Onun elmi və pedoqoji kadrların hazırlanmasında mühüm xidmətləri var. Görkəmli alimin respublika və Ümumittifaq mətbuatında əllidən artıq elmi məqaləsi, "Müasir Azərbaycan dilinin sintaksisi" (1960), "Müasir Azərbaycan dilində mürəkkəb cümlə (1961), "Müasir Azərbaycan dilində felin quruluşu" (1962) kitabları nəşr olunmuşdur.
Zeynal Sayalı Hüseynəli qızı Hacıyeva ilə ailə qurmuşdu. Rafiq adlı oğlu, Aida adlı qızı var.